SON XƏBƏRLƏR

Rusiya Suriyanın Tartus limanını 49 illik icarəyə götürüb

2021.10.20, 07:36
Rusiya Suriyanın Tartus limanını 49 illik icarəyə götürüb

Gunaz.tv

GünAz TV: Suriyanın Tartus dəniz limanı yaxın həftələrdə nəqliyyat və iqtisadi məqsədlər üçün 49 il müddətinə Rusiyaya icarəyə veriləcək.

 

Bunu jurnalistlərə Rusiya baş nazirinin müavini Yuri Borisov Suriya prezidenti Bəşər Əsədlə görüşdən sonra deyib.

 

Onun sözlərinə bu barədə qərar hələ 2018-ci ilin dekabrında hökumətlərarası komissiyanın iclasında qəbul olunub.

 

Borisov hesab edir ki, bu addım qarşılıqlı mal dövriyyəsinə ciddi təkan verəcək.

 

"Ümid edirəm ki, bu, hər şeydən əvvəl Suriya iqtisadiyyatının lehinə olacaq", - deyə Baş nazir müavini bildirib. "Report"

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar