SON XƏBƏRLƏR

Rusiya, Sxinvalinin boşaldıldığını iddia edir. Poti limanı bombalanıb

2021.10.20, 07:36
Rusiya, Sxinvalinin boşaldıldığını iddia edir. Poti limanı bombalanıb

Gunaz.tv
Rusiya, Sxinvalinin boşaldıldığını iddia edir. Poti limanı bombalanıb sxindddvali_9avg.jpg Rusiya, Sxinvali şəhərinin Gürcüstan Silahlı Qüvvələrinin nəzarətindən çıxdığını iddia edir. İTAR-TASS-ın yaydığı məlumata görə, Rusiya qoşunları Gürcüstan Silahlı Qüvvələrinin hərbi bölmələrini geri çəkilməyə məcbur edib. Şəhərə Rusiya Federasiyası Silahlı Qüvvələrinin 58-ci ordusu, xüsusi təyinatlılar və hava-desant qoşunlarının hissələri daxil olub. Rusiya prezidenti Dmitrii Medevedev bildirib ki, rusiyalı hərbçilər Cənubi Osetiyada məcburi sülhə nail olmaq üçün əməliyyat keçirir. Rusiya ordusu Gürcüstan Silahlı Qüvvələrinin Sxinvalinin şimalında yerləşən Tamaraşeni kəndindəki mövqelərinə hücum edib. Rusiya təyyarələri Gürcüstanın Qori şəhərini də avia zərbələrə məruz qoyub Rusiya hərbi təyyarələri Qara dənizdəki Poti limanını bombalayıb. Bu barədə «Frans press» agentliyi ölkənin Xarici İşlər Nazirliyinə istinadən məlumat yayıb. Bundan əlavə hazırda Qori şəhəri üzərində də təyyarələr uçurlar. Məlumata görə, Rusiyaya məxsus iki təyyarədə rayona avia zərbələr endiriblər. Rusiya gürcü-osetin münaqişə zonasında iki hərbi təyyarəsinin vurulduğunu təsdiqləyib Rusiya gürcü-osetin münaqişə zonasında Rusiya Hava Qüvvələrinə məxsus iki hərbi təyyarəsinin vurulduğunu təsdiqləyib. Rusiya Baş Qərargahının rəisi Anatoli Naqolitsınin sözlərinə görə, vurulanlar Su-25 və Tu-22 tipli təyyarələrdir. Pilotların taleyi barədə hələlik heç bir məlumat yoxdur. Qeyd edək ki, Reuters agentliyi gürcü hərbiçilərinə istinadən rusiyalı pilotun əsir düşdüyünü bildirib. Hələlik informasiya təsdiqlənməyib. Gürücüstan hərbiçiləri isə Rusiya hava qüvvələrinə məxsus 10-a yaxın təyyarəni məhv etdiklərini deyirlər. Tanınmamış Cənubi Osetiya Respublikasının paytaxtı Sxinvalidə iki gürcü təyyarəsinin vurulduğunu bildirirlər. Sxinvalidən uşaqlar, qadınlar və qocalar çıxarılır Gürcü-osetin münaqişə zonasının yaxınlığında Tsxinvalinin təxminən 5-6 kilometrliyində yerləşən, gürcülərin yaşadığı Dusi kəndində ANS TV-nin çəkiliş qrupu da fəaliyyət göstərib. Sxinvali uğrunda döyüşlər getdiyi ərəfədə əməkdaşlarımız bir neçə saat ərzində bu kənddəki vəziyyəti lentə ala bilib. Çəkiliş qrupu da digər jurnalistlərlə birgə Rusiya təyyarələrinin kəndin üzərindən uçduğu vaxt yaranmış gərgin vəziyyətin şahidi olub. Qırıcı təyyarələrin uçuşundan Sxinvaliyə doğru irəliləyən gürcü əsgərləri də qorunmağa məcbur olub, təyyarələrə tərəf atəş də açılıb. Yerli əhali də müəyyən mənada təşviş içində olub. Sakinlərin dediyinə görə, kənddən uşaqlar, qadınlar və qocaların çıxarılmasına başlanılıb. ANS TV-nin çəkiliş qrumu Sxinvali yaxınlığındakı yaşayış məntəqəsində olduğu müddətdə Gürcüstan hərbçilərinin ardıcıl olaraq avtobuslarla döyüş bölgəsinə yollanmasını da lentə alıb. Təcili yardım maşınlarının rayon mərkəzindən vaxtaşırı sürətli hərəkəti isə cəbhə xəttində olan yaralıların daşınmasından xəbər verib. Cənubi Osetiyadan Rusiyaya 30 min qaçqın keçib Son bir gün ərzində Gürcüstanın hərbi əməliyyatlar keçirdiyi tanınmamış Cənubi Osetiya ərazisini 30 min nəfər tərk edib. Bu barədə məlumatı Rusiyanın baş nazirinin müavini Sergey Sobyanin verib. «Avqustun 2-3-dən başlayaraq Rusiyanın Miqrasiya Xidmətinə Cənubi Osetiyadan olan 20 mindən artıq adam müraciət edib. Son bir gün yarım ərzində isə sərhəddən 30 mindən çox adam keçib», deyə o Rusiya prezidenti Dmitri Medvedevlə Cənubi Osetiyaya humanitar yardım göstərilməsi məsələlərinin müzakirəsi üzrə keçirilən görüşdə bildirib. Sxinvalidə ölənlərin sayı 1600 nəfərə çatıb Sxinvalidə ölənlərin sayı 1600 nəfərə çatıb. Bu məlumatı Cənubi Osetiya separatçı rejiminin nümayəndəsi İrina Qaqloyeva verib. Onun sözlərinə görə, hazırda Sxinvali artilleriyanın da istifadə olunduğu hücuma məruz qalıb. İrina Qaqloyeva deyib ki, xəstəxanada 90 yaralıya yardım göstərilir. Hərbi təyyarələr Gürcüstanın Pxvenisi kəndinə mərmilər atıblar Tanınmamış Cənubi Osetiyanın patyaxtı Sxinvalinin yaxınılığında yerləşən, Gürcüstanın Pxvenisi kəndinə yerli vaxtla saat 10:20-də hərbi təyyarələr bir neçə mərmi atıblar. «Novosti Qruziya»nın münaqişə bölgəsində olan mübirinin məlumatına görə, mərmilərdən biri yerli məktəblərdən birinin, digəri isə Nikozi kəndinə aparan körpünün yaxınlığına düşüb. Məlumata görə, son saat yarım ərzində Qori şəhəri və Sxinvali istiqamətində hərbi təyyarələri fəal olaraq manevr edirlər. Gürcüstan Daxili İşlər Nazirliyi hələlik münaqişə zonasındakı vəziyyət barədə heç bir məlumat verməyib. Gürcüstanın Senaki rayonundakı zenit bazası bombalanıb Rusiyaya məxsus iki bombardımancı təyyarə Gürcüstanın Senaki rayonundakı zenit bazasını bombalayıb. Yerli mətbuatın yaydığı məlumata görə, hadisə nəticəsində ölənlərin və yaralıların olduğu bildirilir. Yaralılar Zuqdidi və Xobi xəstəxanaların aparılıblar. Ən son məlumata görə, bombardıman nəticəsində yaralananların sayı 80 nəfərə çatıb. Onlardan 12-nin vəziyyəti ağırdır. express

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar