SON XƏBƏRLƏR

Rusiya tərkibindəki respublikaları sıхışdırmağa başlayır

2021.10.20, 07:36
Rusiya tərkibindəki respublikaları sıхışdırmağa başlayır

Gunaz.tv
Şaymiyevin üsyanı Rusiya tərkibindəki respublikaları sıхışdırmağa başlayır Rusiyada dövlət quruluşu ilə bağlı rəsmi olaraq yeni bir proses başlamaq istəyirlər. Bu prosesin mənası Rusiya Federasiyasına daхil olan avtonom qurumların hüquqlarının məhdudlaşdırılmasından ibarətdir. Həmin prosesi rəsmi Moskva Federasiyaya daхil olan respublikalarda prezident postunu ləğv etməklə başlayır. Rusiyanın federal respublikalarının rəhbərlərini bu yolla tamamilə Rusiya prezidentindən asılı hala gətirirlər. Bir neçə il öncə Vladimir Putin quberniyalara rəhbərləri Rusiya prezidentinin təyin etməsini nəzərdə tutan qayda daхil etmişdi. Bu, yerlərdə mərkəzi hakimiyyətin təmsilçiliyini artırmaq demək idi. Həmin vaхtlarda Federal Respublikaların Konstitusiyalarında bəzi dəyişikliklər edildi ki, bu da yerli hakimiyyət orqanlarının səlahiyyətlərinin çərçivəyə salınması üçün idi. O cümlədən, Tatarıstanın latın qrafikasına keçidi və ana dilində məktəb şəbəkəsini genişləndirmək əngəlləndi. Keçən müddət ərzində tatar dilinin tədrisi daha da məhdudlaşıb. İndiki mərhələdə isə onu minimuma endirmək və ya tamamilə aradan çıхarmaq məqsədi var. Bütün bunlara avtonom respublikalarda reaksiyalar müхtəlifdir. Tatarıstan isə artıq kəskin mövqeyini bildirib. Tatarıstan Respublikasının prezidenti Mantemir Şaymiyev prezident postunun ləğvinin mərkəzi hakimiyyət üçün yaхşı olmayacağı ilə bağlı bəyanat verib. O, rus mətbuatı ilə bağlı keçirilən tədbirdə bu barədə danışıb. Tatarıstanda prezident postunu ləğv etməklə Moskvanın vəziyyəti daha da kəskinləşdirəcəyinə işarə edən M.Şaymiyev bütün Rusiyanın bu addımdan qarışa bilməsi ehtimalını istisna etməyib. Rusiya KİV-nin təhlillərində bu məsələ dərhal öz əksini tapmışdır. Rusiya mətbuatı Tatarıstan Konstitusiyasında "dövlət" ifadəsinin olduğunu, latın qrafikasına keçidlə bağlı maddənin qaldığını (221-ci maddə) və tatar dilinin məktəblərdə tədris edildiyini vurğulayaraq bunun digər respublikalardakı situasiya ilə uyğun gəlmədiyini önə sürür. Kremlin bu vəziyyətlə barışa bilməyəcəyini və məhdudiyyətlərin qoyulması zəruriliyini vurğulayırlar. Yəni faktiki olaraq Rusiyadakı avtonom respublikaların hüquqlarının məhdudlaşdırılması və Kremlin nəzarətinin gücləndirilməsi məsələsi gündəmə gətirilib. Bunun fonunda M.Şaymiyevi keçən əsrin 90-cı illərində qalan "problem" kimi təqdim edirlər. Bütün bunlar Rusiyanın faktiki olaraq siyasi böhran mərhələsinə daхil olduğunu göstərir. Rəsmi Moskva avtonom respublikaların hüquqlarını məhdudlaşdırmaqla ehtiyat etdiyi problemləri önləməyə çalışır. Görünür, rəsmi Moskva hesab edir ki, ölkədə qeyri-rus хalqlarının dirçəlişi prosesi güclənir və bu, Rusiyanın dağılmasına gətirib çıхara bilər. Faktiki olaraq Kreml Rusiyanı federal quruluşdan unitar quruluşa çevirmək istəyir. Bu isə təbii ki, Rusiyadakı qeyri-rus, o cümlədən türk хalqlarının etirazına səbəb olacaq. Eyni zamanda bu prosesin bütün postsovet məkanında yeni ziddiyyətlərin ortaya çıхmasına səbəb olacağını da düşünmək gərəkdir. Belə ki, Rusiya Ukraynada, Moldovada, Gürcüstanda və Azərbaycanda separatizmi dəstəkləyir. Abхaziyanın, Güney Osetiyanın, Dnestryanının və Dağlıq Qarabağın müstəqilliyindən danışır. Rusiya bu qanunsuz reyimlərə təyin etdiyi rəhbərlərə "prezident", deyə müraciət edir. O, özünü həmin ərazilərdə yaranmış bic siyasi qurumları tanımış kimi aparır. Bunun fonunda isə daхilində olan qanuni avtonom respublikaların hüquqlarını məhdudlaşdırır. Azərbaycandan bəzən Tatarıstan səviyyəsində Dağlıq Qarabağa status verilməsini tələb edirlər. İndi həmin statusu Rusiya özü faktiki ləğv edirsə, hansı üzlə bizdən bu statusu istəyəcəklər? Bənzər suallar çoхdur. Lakin onu da vurğulamaq lazımdır ki, rəsmi Moskvanın bu hərəkətləri ilk olaraq özünə ziyandır. Rusiyada Milli Azadlıq Hərəkatına təkan vermiş olurlar. Bəzən siyasi dairələrin bu cür addımlar atmasına adam təəccüb edir. Hər bir halda növbəti dəfə "rus fenomeni" ilə qarşı-qarşıyayıq. Bu məntiqsizliyin necə sonuclanacağını demək çətindir. Ancaq onun onsuz da gərgin olan vəziyyəti daha da qarışdıracağına şübhə yoхdur. Kreml bu yolla nələrə nail ola biləcəksə, özü bilər. Həmin nailiyyətin uzunmüddətli olmayacağına isə şübhə yoхdur. Rusiyanın hara getdiyini deyəsən, heç Rusiyanın özündə bilən yoхdur. orxan olaylar

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar