SON XƏBƏRLƏR

Rusiya və Venesuela strateji müttəfiq oldular

2021.10.20, 07:36
Rusiya və Venesuela strateji müttəfiq oldular

Gunaz.tv
Rusiya və Venesuela strateji müttəfiq oldular "Qazprom", "LUKOYL" və TNK-BP şirkətləri Venesueladakı iri neft yataqlarının işlənməsinə çıxış əldə ediblər Rusiya şirkətləri Venesuelanın neft yataqlarının işlənməsində iştirak edəcəklər. Müvafiq razılaşma dünən Venesuela prezidenti Uqo Çavesin Moskva səfəri zamanı imzalanıb. Rusiyayla Venesuela habela muasir beynəlxalq vəziyyətə oxşar mövqelərə malik olduqlarını bəyan ediblər. ABŞ-ın sərt tənqidçisi kimi tanınan Uqo Çaves Rusiyanı strateji müttəfiqliyə çağırıb. Dünən Rusiya və Venesuela prezidentləri Dmitriy Medvedev və Uqo Çavesin danışıqlarından sonra enerji sahəsində iki ölkə arasında bir sıra razılaşmalar imzalanıb. "Qazprom", "LUKOYL" və TNK-BP şirkətləri Venesueladakı iri neft yataqlarının işlənməsinə çıxış əldə ediblər. Uqo Çaveslə öz şəhərkənarı iqamətgahında görüşən prezident Medvedev ikitərəfli münasibətlərə yüksək qiymət verib: "Son zamanlar iki ölkə arasında təmaslar çox dinamik xarakter alıb. Bizim münasibətlər bölgədəki təhlükəsizliyin təmin olunmasında ən başlıca amillərdən birinə çevrilir". Öz növbəsində Dmitriy Medvedevə üzünü tutan Uqo Çaves bəyan edib ki, Rusiyanın xarici siyasət konsepsiyası onun xoşuna gəlir: "Mən əminəm ki, sizin prezident seçilməyiniz bizim planlarımızın sabitlik və təhlükəsizliyini təmin edir. Mən sizin çıxışlarınızı oxumuşam və xüsusilə xarici siyasətlə bağlı sizin mövqeyinizi tamamilə dəstəkləyirəm. Dünya çoxmərkəzli olmalıdır", deyib Venesuela lideri. Dmitriy Medvedevlə görüşdən qabaq isə Uqo Çaves bəyan edib ki, ABŞ onun ölkəsinin suverenliyinə təhlükə yaradır və ona görə də Venesuela öz müdafiə qabiliyyətini möhkəmləndirməyə məcburdur. Xəbər verildiyi kimi, bunun üçün Venesuela Rusiyayla genişmiqyaslı silah müqavilələri imzalamaq əzmindədir. Söhbət Rusiya istehsalı olan sualtı qayıqlar, zenit kompleksləri, təyyarələr, helikopterlər və tankların alınmasından gedir. bizimyol

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar