SON XƏBƏRLƏR

Rusiya XİN: “İran Suriyada bizim müttəfiqimiz deyil, İsrailin təhlükəsizliyi bizim üçün əsas prioritetlərdəndir”

2021.10.20, 07:36
Rusiya XİN: “İran Suriyada bizim müttəfiqimiz deyil, İsrailin təhlükəsizliyi bizim üçün əsas prioritetlərdəndir”

Gunaz.tv

GünAz TV: Rusiya xarici işlər nazirinin müavini Serger Ryabkov yanvarın 25-də CNN-ə verdiyi və bu günlərdə yayımlanan müsahibədə İranın Suriyada ölkəsinin müttəfiqi olmadığını deyib.

 

O, iki ölkənin Suriyada müttəfiq olmadığını, yalnız əməkdaşlıq etdiyini vurğulayıb. Ryabkov ölkəsinin İsrailin təhlükəsizliyini təmin etmək öhdəliyinin olduğunu və iranlıların da bunu bildiriyini bildirib: “Rusiya həmişə İranın İsrailə qarşı düşmən münasibəti bəsləməsinə qarşı olub”- deyə rusiyalı diplomat əlavə edib.

 

Ryabkanov İsrailin təhlükəsizliyinin ölkəsi üçün əsas prioritetlərdən olduğunu, bu mövqe ilə Amerika və İsrail də daxil olmaqla hamının, eləcə də İran və Türkiyənin də xəbərdar olduğunu bildirib. Diplomat rəsmi Moskva ilə Tehranın Suriyada müttəfiq olmadığını, yalnız əməkdaşlıq etdiyini bir daha vurğulayıb.

 

Ryabkanovun bu sözlərindən öncə, yanvarın 19-da Rusiyanın Tehrandakı səfiri Levan Caqaryan İranın “Press TV” kanalı ilə müsahibəsi zamanı davamlı olaraq, iki ölkənin müttəfiq olduğunu vurğulamışdı: “Rusiya və İranın müttəfiqliyinin zəifləməsi barədə deyilənlər sadəcə mifdir. Qərbdə İrana bu sözləri deyənlər rəsmi Moskva və Tehran arasındakı müttəfiqliyinin düşmənləridir. İranda bu cür şaiyələri yayanlar Qərbə yaxın adamlardır. Rusiyanı tənqid edənlər İran və Rusiyanın müttəfiqliyini istəməyənlərdir və biz onları yaxşı tanıyırıq”- deyə səfir bildirmişdi.

 

Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkovun sözləri ilə Tehrandakı səfirinin dedikləri arasında ziddiyyətlər rəsmi Moskvanın çox güman ki, ikili standartlar yürütdüyünü göstərir. Ehtimal edilir ki, səfirin sözləri İran auditoriyasına xitab etdiyi üçün bu cür tənzimlənib. Ryabkanovun dedikləri isə Rusiyanın Suriyada İranla bağlı rəsmi mövqeyini nümayiş etdirir.

 

Ryabkanovun bu sözlərindən 1 gün öncə, yanvarın 24-də İran Milli Məclisinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının sədri Hişmətullah Fəllahətpişe Rusiyanı İsrail ilə uzlaşmaqda ittiham etmişdi. O, rəsmi Moskvanı Tel-Əvivlə hansısa razılaşma əldə etməkdə ittiham edərək, İsrail Suriyada “Sepah”a qarşı hava hücumları həyata keçirən zaman Rusiyanın bu ölkədə yerləşdirdiyi S-300 hava hücumundan müdafiə sistemlərini söndürdüyünü demişdi.

 

Xatırladaq ki, Rusiya 2018-ci ildə də İsrailin “Sepah”ın Suriyada yerləşən mövqelərinə zərbələr endirdiyi zaman rəsmi Dəməşqə İsrail hava hücumlarına qarşı yalnız S-200 sistemlərindən istifadə etməyə icazə vermişdi. Bundan başqa, rəsmi Moskva bu əməliyyatlara kəskin reaksiya verməyərək, yalnız tərəfləri təmkinli olmağa çağırmışdı.

 

Müsahibə zamanı Ryabkanov ölkəsinin İranın Suriyada hərbi və siyasi gücünü azaltmağa və iranlı yaraqlıları İsraillə sərhəddən 85 km uzaqlaşdırmağa çalışdığını, lakin bu tədbirlərin “Trampın rəsmi Tehrana qarşı sanksiyalar tətbiq etməsindən sonra dayandığını” deyib.

 

Qeyd etmək lazımdır ki, Suriya hökuməti həmişə iranlı hərbçilərin yalnız hərbi müstəşar kimi Əsəd tərəfindən rəsmi olaraq bu ölkəyə dəvət edildiyini bəyan etsə də, reallıqda “Sepah” və ona bağlı “Fatimiyyun” və “Zeynəbiyyun” kimi şiə yaraqlıları bu ölkədə gedən hərbi əməliyyatlarda iştirak edir. Rəsmi məlumatlarda 2017-ci ilə qədər İranın Suriyada 2000-dən çox hərbçisinin döyüş meydanlarında öldürüldüyü bildirilir.

 

İsrail İranın Suriyada mövcudluğunu öz təhlükəsizliyinə qarşı təhdid hesab etdiyindən, 3 il bundan əvvəl başlayaraq Suriya ərazisində iranlı hərbçi və şiə yaraqlılarına qarşı hava hücumları təşkil edir. Axırıncı belə hücum yanvarın 20 və 21-də baş tutub. Bu hücumlardan bir gün öncə isə Suriyada yerləşən İran hərbi qüvvələri İsrailin Qolan təpələrində yerləşən mövqelərinə raket hücumu təşkil etmişdilər. Bu raketlər “dəmir qübbə”lər tərəfindən havada məhv edilmişdi.

 

Ə.A

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar