SON XƏBƏRLƏR

Rusiyada matəm elan edildi

2021.10.20, 07:36
Rusiyada matəm elan edildi

Gunaz.tv

GünAz TV: Rusiya prezidenti Vladimir Putin martın 28-də ölkədə matəm günü elan olunması ilə bağlı sərəncam imzalayıb.

 

Mediada yayılan məlumata görə, Kremlin mətbuat xidməti belə bir qərarın ötən gün Rusiyanın Kemerovo şəhərində baş verən faciə ilə əlaqədar qəbul edildiyini bildirib.

 

Baş verən hadisə ilə bağlı Rusiya prezidenti Vladimir Putin bildirib ki, "Zimnaya Başnya" ticarət mərkəzində baş verən yanğın nəticəsində ölən uşaqların sayını düşünəndə ağlamaq yox, hönkürmək istəyir.

 

"Ölən uşaqların sayından danışanda ilk öncə ağlamaq yox, hönkürmək istəyirsən. Burada deyilənləri eşitdikdə isə dürüst desək, tamam başqa şeylər düşünürsən", - deyə prezident FHN rəsmisi Vladimir Puçkovun hesabatını dinləyərkən qeyd edib.

 

Putin, eyni zamanda vurğulayıb ki, faciə ilə bağlı araşdırma diqqətlə aparılacaq, vəzifə və rütbəsindən asılı olmayaraq, bütün günahkarlar cəzalandırılacaq.

 

Xatırladaq ki, martın 25-də Kemerovoda "Zimnyaya vişnya" ticarət mərkəzində baş verən yanğın nəticəsində 67 nəfər həlak olub. Onlardan 41 nəfəri uşaq olub.

 

N.S

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar