SON XƏBƏRLƏR

Rusiyada sərnişin təyyarəsi qəza enişi edib, ölən və yaralananlar var - FOTO - VİDEO

2021.10.20, 07:36
Rusiyada sərnişin təyyarəsi qəza enişi edib, ölən və yaralananlar var - FOTO - VİDEO

Gunaz.tv

GünAz TV: Rusiyada An-24 sərnişin təyyarəsinin qəza enişi etməsi nəticəsində 2 nəfər ölüb, 22 nəfər xəsarət alıb.

 

Yaralananlardan 15-nə ambulator tibbi yardım göstərilib, daha 7 nəfər xəstəxanaya yerləşdirilib. Ölənlər təyyarənin pilotlarıdır.

 

 

 

Yerli media orqanlarının məlumatına əsasən, Nijneanqarskdan Ulan-Udeyə uçan təyyarə havada olarkən mühərriklərdən birində nasazlıq yaranıb. Pilotlar qəza enişi edərkən isə təyyarə uçuş zolağından kənara çıxıb, təmizləyici qurğuların binasına çırpılıb.

 

Ə.A

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar