SON XƏBƏRLƏR

Rusiyada soydaşlarımıza divan tutulur

2021.10.20, 07:36
Rusiyada soydaşlarımıza divan tutulur

Gunaz.tv
Rusiyada soydaşlarımıza divan tutulur "İlin əvvəlindən bəri Moskva şəhəri, Moskva vilayəti, Sankt-Peterburq şəhəri və Leninqrad vilayətində milis xarici ölkə vətəndaşlarına hücumlar edən gənclərdən ibarət 11 cinayətkar qruplaşmanı zərərsizləşdirib". Rusiya DİN-nin Cinayət-Axtarış Departamentinin rəis müavini Gennadi İvanov dünən keçirdiyi mətbuat konfransında bildirib ki, miqrantlara qarşı 38 cinayət törətməkdə şübhəli bilinən 53 nəfər saxlanılıb. "Saxlanan şəxslərdən əksəriyyəti artıq həbs edilib. İndi onların digər analoжi cinayətlərlə nə dərəcədə bağlı olduqları təhqiq olunur", - G.İvanov söyləyib. Onun dediyinə görə, ilin əvvəlindən bəri Moskvada miqrantlara qarşı törədilmiş cinayətlərin əksəriyyəti məişət zəminində olub. Yanvar-mart aylarında Rusiya paytaxtında 31 xarici ölkə vətəndaşı qətlə yetirilib və bu cinayətlərin 19-nun üstü artıq açılıb. Həmin dövr ərzində Moskvada miqrantlara qarşı 70 ağır bədən xəsarəti ilə müşayiət olunan cinayət törədirilib və bu əməllərin yalnız 11-ni törədənlər tutulub. "Rusiya ərazisinə hər il 20 milyon xarici ölkə vətəndaşı gəlir ki, onların bir hissəsi az sonra ölkəni tərk edir. Lakin gələnlərin yalnız 5-7 milyonu müvafiq orqanlarda qeydiyyatdan keçir. Əcnəbilərin Rusiya ərazisində törətdikləri cinayətlərin sayı da artıb", - G.İvanov bildirib. Onun sözlərinə görə, Özbəkistan vətəndaşları ölkədəki hər 5 cinayətdən birini, Tacikistandan vətəndaşları - hər 7, Azərbaycan vətəndaşları isə hər 10 cinayətdən birini törədirlər. Bununla belə, Gennadi İvanov Azərbaycan vətəndaşlarına və Rusiya vətəndaşı olan azərbaycanlılara qarşı ilin əvvəlindən bu yana törədilmiş cinayətlərin statistikasından danışmağa lüzum görməyib. Halbuki bu statistika qorxulu səviyyəyə çatıb. Belə ki, 2008-ci ilin əvvəlindən bəri soydaşlarımıza qarşı Rusiyada törədilən qətllərin sayı ötən ilin analoжi dövrü ilə müqayisədə 18%, qarətlər - 26%, quldurluq - 31%, oğurluqlar - 21%, qatı xuliqanlıq və səhhətə ağır ziyan vurmaqla müşayiət olunan əməllər - 26% artıb. Son 4 ay ərzində Rusiyada 17 azərbaycanlı qətlə yetirilib ki, onlardan yalnız ikisinin (!) qatilləri tapılıb. Rusiya DİN-i də daxil olmaq şərtilə müvafiq rəsmi strukturlar və qeyri-hökumət təşkilatları, habelə hüquq-müdafiə qurumları və beynəlxalq strukturlar bildirirlər ki, bu cinayətlərin tam əksəriyyəti (91%) milli dözülməzlik, irqçilik və ksenofobiya zəminində törədilir. Hüseyn BAKUVİ express

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar