SON XƏBƏRLƏR

RUSİYADAKI AZƏRBAYCAN GƏNCLƏRİ “QANIN MİLLƏTİ YOXDUR!” ŞÜARI ALTINDA XEYRİYYƏ AKSİYASI KEÇİRİBLƏR

2021.10.20, 07:36
RUSİYADAKI AZƏRBAYCAN GƏNCLƏRİ “QANIN MİLLƏTİ YOXDUR!” ŞÜARI ALTINDA XEYRİYYƏ AKSİYASI KEÇİRİBLƏR

Gunaz.tv
RUSİYADAKI AZƏRBAYCAN GƏNCLƏRİ “QANIN MİLLƏTİ YOXDUR!” ŞÜARI ALTINDA XEYRİYYƏ AKSİYASI KEÇİRİBLƏR AzərTAc xəbər verir ki, iyunun 18-də Rusiya Azərbaycan Gəncləri Təşkilatı (RAGT) Moskvada Tibb işçiləri gününə həsr olunmuş “Qanın milləti yoxdur” şüarı altında geniş xeyriyyə aksiyası keçirmişlər. Aksiyanın təşəbbüskarı RAGT-nin başçısı, Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin rəhbəri Leyla Əliyevadır. Xeyriyyə aksiyasından məqsəd onkoloji xəstəliklərdən əziyyət çəkən uşaqlara yardım göstərməkdir. Rusiya qanunlarına əsasən xeyriyyəçilik məqsədilə verilən qan üçün də pul ödənildiyi üçün əldə olunan vəsait N.Bloxin adına Rusiya Elmi Uşaq Onkologiyası və Gematologiyası Mərkəzinin hesabına köçürüləcək və xəstə uşaqların müalicəsinə sərf olunacaq. Rusiya Elmi Cərrahiyyə Mərkəzinin laboratoriya texnologiyaları şöbəsinin müdiri Əliheydər Rəhimovun sözlərinə görə, donorluq təhlükəsiz prosedurdur və şəfqət aksiyasıdır. Azərbaycan gənclərini xeyirxah məqsədlə bir araya gətirən bu təşəbbüs olduqca nəcib işdir. İ.M.Seçenov adına Moskva Tibb Akademiyasının ordinatı Əşrəf Həsənov əlavə etmişdir ki, bir donorun qanı üç xəstə üçün istifadə olunacaq və təxminən 5 min nəfər belə xəstə var. Qeyd edək ki, aksiyada 13,5 litr qan toplanıb. RAGT Moskvada mütəşəkkil qanvermə aksiyası keçirən ilk təşkilatdır. Bu aksiya müntəzəm olaraq hər ay keçiriləcək. Moskvada təhsil alan azərbaycanlı tələbələr, İ.M.Seçenov adına Moskva Tibb Akademiyasının həkimləri, habelə Azərbaycan gənclərinin nümayəndələri könüllü qan vermişlər.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar