SON XƏBƏRLƏR

Rusiyanın baş naziri Qırğız Respublikasında baş verən hadisələrə münasibət bildirib

2021.10.20, 07:36
Rusiyanın baş naziri Qırğız Respublikasında baş verən hadisələrə münasibət bildirib

Gunaz.tv

GünAz TV: Rusiyanın Baş naziri Dmitri Medvedev Qırğız Respublikasının keçmiş prezidenti Almazbek Atambayevin tutulması zamanı ölkədə baş verən hadisələrə münasibət bildirib. 

 

"Report" “RİA Novosti”yə istinadən xəbər verir ki, Dmitri Medvedev lakonik olaraq "Bu, Qırğızıstanın daxili işidir" deyib. 

 

O, qeyd edib ki, Rusiya baş verənlərə laqeyd münasibət bildirə bilməz və mövcud vəziyyəti diqqətlə izləyir.

 

Bu arada Almazbek Atambayevin tutulması ilə bağlı Koy-Taş kəndində yerləşən iqamətgahına təhlükəsizlik orqanlarının əməkdaşları tərəfindən edilən hücum zamanı yaranan qarşıdurmada yaralanan şəxslərin sayı artıb. 98 nəfər tibbi yardım üçün müraciət edib. 11 təhlükəsizlik işçisi hərbi xəstəxanaya köçürülüb. Bundan əlavə 13 zərərçəkən stasionar müalicə alır.

 

Almazbek Atambayevin

 

Qeyd edək ki, Qırğız Respublikasının keçmiş prezidenti Almazbek Atambayev artıq tutulub. O, özü polisə təslim olub. Sosial Demokratik Partiyasının rəsmisi Kunduz Joldubayev və keçmiş prezidentin tərəfdarı Farid Niyazov onun yanındadır.

 

N.S

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar