SON XƏBƏRLƏR

Rusiyanın dövlət maraqları Azərbaycanda işləmir.Yusif Sevdimalı: "Rus dilinin statusu müzakirə predmeti ola bilməz"

2021.10.20, 07:36
Rusiyanın dövlət maraqları Azərbaycanda işləmir.Yusif Sevdimalı: "Rus dilinin statusu müzakirə predmeti ola bilməz"

Gunaz.tv
Rusiyanın dövlət maraqları Azərbaycanda işləmir Yusif Sevdimalı: "Rus dilinin statusu müzakirə predmeti ola bilməz" Azərbaycan Rus İcmasının rəhbəri, deputat Mixail Zabelin rus dilinin Azərbaycanda ikinci dövlət dili olması fikirləri cəmiyyətdə birmənalı qarşılanmır. Bu fikirlərə münasibət bildirən KXCP sədrinin müavini Yusif Sevdimalı bunu təhlükəli sindirom kimi qiymətləndirdi. Onun sözlərinə görə, bu kimi fikirlərin arxasında Rusiyanın dövlət maraqları dayanır: "Rusiya bütün MDB məkanında öz siyasətini həyata keçirmək üçün belə siyasətə əl atır. Bu məsələ müzakirə predmeti ola bilməz". ("OLAYLAR"İA) ------------------------------------------------------------------------- Tornado ABŞ-ı sovurdu ABŞ-ın Orta Qərb bölgələrindən başlayıb Atlantik Okeanının sahillərinədək hərəkət edən güclü tornadonun yaratdığı leysan yağışları və qasırğalar nəticəsində 8 nəfər həlak olub. Ayova, İndiana və Miçiqan ştatlarında məcralarından çıxan aylar sahildəki şəhərlər və şosseləri basıb. Ən azı üç nəfər avtomobillərin axıb çaya getməsi nəticəsində batıb. İndianada bir nəfər itkin düşmüş sayılır. Miçiqanda iki nəfər yerə düşən ağacların altında qalıb, biri suda doğulub, bir qadın isə küləyin sovurduğu maşının altında əzilərək həlak olub. Nebraskadakı Omaha şəhərində isə qasırğa onlarla evi darmadağın edib. Bir qədər əvvəl Kanzas, İllinoys, İndiana, Qərbi Virciniya və Virciniya ştatlarında tornado zamanı 4 amerikalı həlak olmuşdu. Tornadolar mövsümü başlayandan bəri isə artıq 120 amerikalı fəlakət qurbanı olub.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar