SON XƏBƏRLƏR

Rusiyanın gənclər təşkilatı Azərbaycan və Gürcüstanı silahlı müdaxilə ilə hədələyir

2021.10.20, 07:36
Rusiyanın gənclər təşkilatı Azərbaycan və Gürcüstanı silahlı müdaxilə ilə hədələyir

Gunaz.tv
Rusiyanın gənclər təşkilatı Azərbaycan və Gürcüstanı silahlı müdaxilə ilə hədələyir 20080708125021_1.jpg Avrasiya Gənclər Birliyi (Ümumrusiya Gənclər Hərəkatı) Abxaziya və Cənubi Osektiyaya min silahlı könüllü göndərməyə hazırdır. Bu bəyanat təşkilatın Cənubi Osetiyada keçirilmiş qurultayında verilib. Bəyanatda bildirilir ki, AGB Rusiya ilə qardaşlıq telləri ilə bağlanan Cənubi Osetiyanı müstəqil dövlət sayır və qurultayın orada keçirilməsi təsadüfi deyil. Rusiya prezidenti Dmitrii Medvedevin xarici siyasətini dəstəklədiyini bəyan edən təşkilat hesab edir ki, Urkayna, Gürcüstan və Azərbaycanın NATO-ya qəbul edilməsi ilə ABŞ Rusiyanı müharibə ilə hədələyir. Bəyanatda Azərbaycanın Milli maraqlarına toxunan müddəalar da var. Sənəddə deyilir: «Ölkəmizin (Rusiyanın) vacib hissələrindən biri Qafqazdır. Məhz buna görə də Qərb xüsusi xidmət orqanları və Qərbdən maliyyələşən QHT-lər Rusiyanı Qafqazdan kənarlaşdırmaq üçün Titanik səylər göstərir. AGB Qafqazı yüksək diqqət zonası elan edir. ABŞ tərəfindən qızışdırılan yeni qanlı münaqişələrin başlayacağı təqdirdə biz Cənubi Osetiya, Abxaziya və Ləzgistana (?) əli silahlı könüllülər göndərməyə hazırıq». Qeyd edək ki, Avrasiya Gənclər Birliyinin internet saytında əli silahlı bir qrupp gəncin fotosu da yerləşdirilib. ANS PRESS

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar