SON XƏBƏRLƏR

Rusiyanın Güney Qafqazdakı iddiaları

2021.10.20, 07:36
Rusiyanın Güney Qafqazdakı iddiaları

Gunaz.tv
Rusiyanın Güney Qafqazdakı iddiaları Azərbaycana təzyiq etmək nə verə bilər ? Rusiyanın Güney Qafqaz istiqamətindəki siyasətində bəzi sərtliklərin özünü göstərdiyini müşahidə etməkdəyik. Gürcüstana yönəlik siyasətdə özünü daha çox göstərən həmin sərtlik Azərbaycana münasibətdə müəyyən çərçivəni keçmirdi. Azərbaycanın bölgədə yeritdiyi balans siyasəti öz bəhrəsini verməkdədir. Ancaq son vaxtlar şimal qonşumuzun siyasətində başa düşüləsi çətin olan notlar da özünə yer tapır. Rusiya Azərbaycanla bağlı doğru olmayan addımlar atmağa meyllənir. Rusiyanın Vladimirsk vilayətinin bir şəhəri Dağlıq Qarabağla birbaşa əlaqə qurub və onunla "qardaşlaşıb". Bunu Azərbaycanla məsləhətləşmədən və ondan icazə almadan edib. Müqayisə üçün deyək ki, Azərbaycan Moskvadan icazə almadan hər hansı Şimali Qafqaz respublikası və ya Tatarıstanla müstəqil əlaqələr qurur. Hətta bu müqayisə də xeyli dərəcədə qüsurludur, çünki Dağlıq Qarabağ məsələsi hələ aydın deyil - onun statusu məsələsi açıqdır. Ümumiyyətlə isə Rusiyanın bir şəhərinin rəsmi Bakıdan icazə almadan Dağlıq Qarabağdakı ermənilərlə qardaşlaşması suverenliyimizə və ərazi bütövlüyümüzə qəsddir. Rusiyanın Azərbaycandakı səfiri Vasili İstratov buna elə də fikir verməməyi məsləhət görür. Ancaq Rusiya Abxaziya və Güney Osetiya ilə olduğu kimi daha böyük işlər görə bilməsə də, Azərbaycandan icazəsiz onun bir bölgəsi ilə münasibət qurmaqla böyük siyasi, diplomatik və geosiyasi səhvə yol verir. Bnudan başqa, məlumat var ki, Rusiya bizim şimal bölgəmizdəki iki kəndə iddia ifadə edib. Rəsmi olaraq ruslar məsələnin sivil yolla həlli haqqında danışırlar. Ancaq ümumiyyətlə "məsələ varmığ". Nəyə görə Rusiya məhz indi bu kimi qıcıqlandırıcı məqamları ortaya atırğ Neçə illərdir ki, sərhədlərin demarkasiyası prosesi gedir, ancaq indi Rsuiya iddia irəli sürür. Etiraf edək ki, Azərbaycandakı politoloqlar məsələyə ciddiyyətlə yanaşırlar. Hikmət Hacızadə və Vəfa Quluzadə Rusiyanın bu işlərinin arxasında daha qlobal niyyətlərin durduğunu deyirlər. Məsələ Azərbaycanı yeritdiyi xarici siyasət kursundan çəkindirməkdir. Rusiya enerji sahəsində Azərbaycana təkliflərini məhz bu məqsədlə edibmiş. "Qazprom" Azərbaycandan "Şahdəniz" yatağından çıxan qazın böyük bir hissəsini Qərbin təklif etdiyi qiymətdən də baha almağı təklif edib. Sonra, Azərbaycanın Türkiyə və Avropa ilə günü-gündən inkişaf edən əlaqələrindən şimal qonşumuzda rahatsız olanlar varmış. Politoloqlar burada NATO faktorunun da rol oynadığına əmindirlər. Bütün bunlar Rusiyanın Azərbaycanın xarici siyasətində müşahidə edilən müstəqil mövqe ilə razılaşmaq istəmədiyini və onu özünün geosiyasi təsiri altında saxlamaq eşqinə düşdüyünü göstərir. Rusiya prezidenti Dmitri Medvedyevin gələn ayın əvvəllərində Azərbaycana səfəri ərəfəsi bu kimi proseslərin getməsi təsadüfi deyil. D.Medvedyev son olaraq bəyanat verib ki, "NATO Avropada təhlükəsizliyi təmin edə bilməz". Deməli, məsələ doğurdan da qlobal məqamlara birbaşa bağlıdır. Böyük güclərin bölgə uğrunda mübarizəsi bütün sərhədləri aşmaqdadır. Bu şəraitdə Rusiyanın iddialarına və bəzən açıqca qərəzli olan addımlarına qarşılıq Azərbaycan nə etməlidirğ Doğrusu, Dağlıq Qarabağ məsələsində vasitəçilik funksiyası yerinə yetirən ölkələrdən birinin qanunsuz olaraq işğal olunmuş ərazimizdəki təcavüzkarlarla qardaşla şması heç bir məntiqə sığmır. Təbii ki, Azərbaycan buna cavab verməlidir. Daha doğrusu, Rusiya izahat verməlidir. Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bildirən dövlət belə hərəkətlərə yol verməməlidir. Əlavə olaraq iki kəndimizə dolayı da olsa, iddialı olmaq isə artıq təhdiddən xəbər verir. Belə olan halda Azərbaycanın Rusiya ilə münasibətlər haqqında yenidən düşünməsinə ehtiyac yarana bilər. Azərbaycanı yeritdiyi enerji siyasətinə görə, sıxışdırmağa çalışmaq birbaşa imperiya ambisiyalarının baş qaldırması deməkdir. Kremlin özü bütün dünya üzrə müstəqil enerji siyasəti yeridir. Orta Asiya enerjisinin əksəriyyətinə nəzarəti əlinə alıb, Ukrayna ilə Avropa arasında manevrlər etməklə məşğuldur. Bəzən aravuranlıq edir. Azərbaycanı da müstəqil xarici siyasətindən çəkindirib, özünə tabe etməyə cəhdlər göstərir. Müxtəlif səviyyələrdə rus dilini dövlət dili kmi tanımağa çağırışlar səsləndirirlər. Hətta Azərbaycan parlamentində oturan və buranın çörəyini yeyən Mixail Zabelin də Rusiyanın xeyrinə danışır. Təbii ki, bu kimi addımlar Rusiyaya üstünlük gətirə bilməz. Ən pisi o ola bilər ki, Azərbaycan öz qonşusu ilə yaxşı münasibətlər qurmaq istərkən ona arxa çevirsinlər. Bundan kimin nə qazanacağını Allah bilir. Orxan Güneyli olaylar

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar