SON XƏBƏRLƏR

RUSİYANIN MİNSK QRUPUNDA OLMASI GÜLÜNCDÜR_Vəfa Quluzadə: “Bizim üçün faydalı olan Ermənistanın Rusiyanın əlindən alınmasıdır”

2021.10.20, 07:36
RUSİYANIN MİNSK QRUPUNDA OLMASI GÜLÜNCDÜR_Vəfa Quluzadə: “Bizim üçün faydalı olan Ermənistanın Rusiyanın əlindən alınmasıdır”

Gunaz.tv
“RUSİYANIN MİNSK QRUPUNDA OLMASI GÜLÜNCDÜR” Vəfa Quluzadə: “Bizim üçün faydalı olan Ermənistanın Rusiyanın əlindən alınmasıdır” 26.jpg Gürcüstanın öz ərazi bütövlüyünü təmin etmək məqsədilə Cənubi Osetiyada başladığı əməliyyatlara Rusiyanın müdaxiləsi böyük itkilərə və dağıntılara səbəb olub. Bu gün Gürcüstan faktiki olaraq, Rusiyanın təcavüzünə məruz qalıb. Rusiya hərbi hava qüvvələri münaqişə zonasına heç bir dəxli olmayan əraziləri - paytaxt Tiflisi, Qori şəhərini, Poti limanını, azərbaycanlılar yaşayan Marneuli və Bolnisi rayonlarını bombalayıb. Rus təyyarələrinin atdığı raketlərdən biri də Bakı-Tiflis-Ceyhan neft kəmərinin keçdiyi əraziyə düşüb. Rusiyanın Qafqazda növbəti münaqişə törədə biləcəyi haqda informasiyalar xeyli vaxtdır ki, səslənirdi. Artıq Kreml bu istəyini reallaşdırıb. Heç şübhəsiz ki, rəsmi Moskva bununla regionda öz gücünü göstərməyə çalışır və Qərb tərəfindən sıxışdırılmasına müqavimət göstərmək imkanında olması görüntüsünü yaratmaq istəyir. Hər bir halda, Rusiya Gürcüstana təcavüz edib. Belə bir təcavüzkar dövlətin Cənubi Qafqazdakı digər münaqişənin - Qarabağ probleminin tənzimlənməsi üçün yaradılmış Minsk Qrupunda təmsil olunması rəzalətdir. Ekspert bu barədə nə düşünür? Rusiyanın vasitəçilikdən uzaqlaşdırılması məsələsi qaldırılmalıdırmı? Bu tələbi kim qoymalıdır - Azərbaycan, yoxsa beynəlxalq təşkilatlar? Politoloq Vəfa Quluzadə bildirdi ki, Rusiyanın Qarabağ məsələsi ilə bağlı yaradılmış Minsk Qrupunda həmsədr olması gülüncdür: “Məsələ ondadır ki, digər həmsədr ölkələr özləri bilirlər ki, əslində Qarabağı işğal edən Rusiyadır. Amma diplomatiyada belə bir acı təcrübə var ki, heç kim həqiqəti demir. Əksinə, bəzi hallarda yalanı həqiqət kimi sırımağa, onu həqiqət səviyyəsinə qaldırmağa çalışırlar. Qarabağ məsələsi ilə bağlı da belə bir yalan sırınır ki, guya bu problemi ədalətlə həll etmək istəyirlər. Amma biz bu oyunla razılaşmağa məcburuq. Çünki dünyadakı bütün siyasi oyunlar ədalətsizdir. Dünyada güc siyasəti hökm sürür. Amerika kimi güclü dövlətlər hər yerdə istədiyini edir. Rusiya kimi nüfuzdan düşmüş, imkanlarını itirmiş ölkələr isə öz qonşularına daş atırlar. O ki qaldı Azərbaycana, biz Danimarka, Norveç kimi ölkələrdən təcrübə götürməliyik. Prosesləri milli maraqlarımıza uyğunlaşdırmalıyıq ki, Rusiyanın bizimlə işi ola bilməsin. Bunun üçün bizim bircə çıxış yolumuz var ki, NATO-nun üzvü olaq. Bunu etməklə, qarşımızda duran məqsədlərə çata biləcəyik. Bu gün faktiki olaraq, Gürcüstan NATO-ya qəbul olmaq istədiyinə görə Rusiya tərəfindən cəzalandırılıb. Biz bu təcrübədən də yararlanmalıyıq. Amma mən düşünürəm ki, Gürcüstan öz məqsədinə çatacaq, sadəcə, Rusiya bu kimi təxribatlarla prosesi ləngidir”. “Konkret olaraq Rusiyanın açıq-aşkar təcavüzkarlığını əsas götürərək, onu vasitəçilikdən uzaqlaşdırmağı tələb etmək olarmı” sualına cavabında V.Quluzadə dedi: “Bilirsiz, siyasətdə qisasçılıq heç vaxt fayda vermir. Tutaq ki, Rusiyanı vasitəçilikdən çıxardıq. Bununla nəyə nail olacağıq? Oyun yenə əvvəlki kimi davam edəcək. Bizim üçün faydalı ola bilən Ermənistanın Rusiyanın əlindən alınmasıdır. Əgər Ermənistan Rusiyanın forpostu olmaqdan qurtularsa, onda bu ölkə də Azərbaycanla bərabər NATO-ya daxil olar və Qarabağ problemi həllini tapar. İndiki status-kvo ilə tutaq ki, Rusiya Minsk Qrupundan çıxdı. Onun ordusu nə qədər ki, Ermənistandadır, bu təhlükə hər zaman var ki, vəziyyət gərginləşərsə, onlar sabah Azərbaycanı da bombalaya bilərlər. Digər tərəfdən Rusiya onsuz da Minsk Qrupunda heç bir iş görmür, vasitəçilik missiyasını yerinə yetirmir. Onu oradan çıxarmaqla çıxarmamağın arasında elə bir fərq yoxdur”. Elşad MƏMMƏDLİ musavat

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar