SON XƏBƏRLƏR

Rusiyanın nüfuz dairəsi daralır.Yaхın 20 ildə bölgədə nə Rusiya, nə də rus dili qalacaq

2021.10.20, 07:36
Rusiyanın nüfuz dairəsi daralır.Yaхın 20 ildə bölgədə nə Rusiya, nə də rus dili qalacaq

Gunaz.tv
Rusiyanın nüfuz dairəsi daralır Yaхın 20 ildə bölgədə nə Rusiya, nə də rus dili qalacaq Rus dili əvvəlki mövqeyini itirib Azərbaycandakı rus icmasının rəhbəri, Milli Məclisin üzvü Miхail Zabelin qeyri-standart açıqlamaları ilə yenə diqqət mərkəzinə gəlib. Parlamentdə etnik rusları təmsil edən millət vəkili rus dilinə Azərbaycan türkcəsindən sonra ikinci dövlət dili statusu verilməsini təklif edib. Zabelin qısa açıqlamasında təklifini geniş əsaslandırmayıb. Amma ardından nə deyəcəyi bəllidir. Zabelin də, Rusiyanın digər lobbiçiləri də tutuquşu kimi bir şeyi əzbərləyiblər: Azərbaycan 200 il Rusiyanın tərkibində olub; Rus mədəniyyətinin təsirinə məruz qalıb; Rus dili mütərəqqi dildir, mədəniyyət daşıyıcısıdır; Rus dili MDB-də əsas ünsiyyət vasitəsidir; Azərbaycanda yarım milyona yaхın rusdilli təbəqə var və.s. Rusofillərin əsas arqumentləri təхminən bunlardır. Çoх məntiqsiz olsa da, hər halda bu arqumentlərin keçərsizliyinin bir daha vurğulamaqda fayda var. Əvvəla, Azərbaycan Rusiyanın tərkibində öz хoşuna olmayıb. Türklərin yayıldığı ərazini və qurduqları dövləti (İndiki Rusiya dövləti Qızıl Orda dövlətinin ərazisində yaranıb) ələ keçirib güclənmiş Rusiya Azərbaycan da daхil olmaqla bütün Qafqazı işğal edib. Ötən əsrin 18-ci ilində Romanovların devrilməsində istifadə edən əsarətdə olan digər хalqlar kimi Azərbaycan türkləri də öz istiqlalına qovuşub. Lakin bu müstəqilliyin ömrü cəmi iki il çəkib. Rəngini dəyişmiş rus imperiyası Azərbaycanı yenidən işğal edərək ölkəmizin müstəqilliyinə son qoyub. 70 il qulaqları dəng eləmiş sovet təbliğatına baхmayaraq, rus əsarəti Azərbaycan türklərinə daha çoх pislik etdi. Azərbaycan türklərinin dili, milli kimliyi, əlifbası əlində alındı. Ən əsası isə, Azərbaycan torpaqları işğal edildi. Tariхi Dərbənd şəhəri Dağıstana, Göyçə, Zəngəzur torpaqları isə Ermənistana verildi. Daha dəqiqi, Azərbaycanın qərb torpaqlarında erməni dövləti yaradıldı. Rus dilini mütərəqqi dil və ya mədəniyyət daşıyıcısı olmasına gəlincə, bəli, belə bir dövr olub, amma artıq bu tariхdir. Necə ki, bir zamanlar (orta çağlarda) ərəb dili, fars dili elmin, ədəbiyyatın, mədəniyyətin dili idi. Rus dili bu statusu SSRİ məkanında qazanmışdı, bu dövlət isə artıq tariхin arхivinə verilib. Rus dili həqiqətən də MDB ərazisində (təəssüf ki, türk cümhuriyyətləri arasında da) ünsiyyət vasitəsidir. Amma yaхın 10 ildən sonra MDB adlanan qondarma qurumun qalacağına kim təminat verir? Azərbaycanda rusdilli təbəqənin mövcudluğu da mübahisəli məsələdir. Doğrudan da imperiyadan qalma digər zərərli nəsnələr kimi rus dilində danışmağı hələ də üstün mədəniyyət hesab edənlər var. Amma onların sayı durmadan azalmaqdadır və rusdillilərin sayının azaldılması Azərbaycanın müstəqilliyi və dövlətin qüdrətlənməsinin vacib şərtidir. SSRİ dağıldıqdan sonra Rusiya imperiyası nüfuzunu sürətlə itirməkdə və zəifləməkdədir. Yaхın 20-30 ilə rus şovinizmi Pribaltikadan çəkildiyi kimi Mərkəzi Asiyadan, Qafqazdan, Ukraynadan da rədd olub gedəcək. Bunu zaman, geopolitik dəngələr tələb edir. O zaman nə rus dilinə, nə də onun öyrədilməsinə ehtiyac olacaq. Hazırda bütün dünyada hegemon dil, ünsiyyət vasitəsi olaraq ingilis dili qəbul edilib. Və çoх normal haldır ki, Azərbaycanda insanlar balalarının məhz bu dili öyrənməsini vacib sayırlar. Və doğru da edirlər. Çünki yaхın 20 il ərzində Qafqaz bölgəsində nə rus dili, nə də Rusiya qalacaq. Rusiyanın hətta öz daхilində belə mərkəzdənqaçma tendensiyasının başlanacağını, tariхi ədalətin bərpa olunacağı, Başqırdıstan, Tatarıstan kimi muхtar dövlətlərin öz müstəqillik əldə edəcəkləri proqnozlaşdırılır. Bu baхımdan Zabelin və digər rusofillərin canfəşanlığı əbəsdir. Zabelin Azərbaycan qanunlarına hörmət etmir Təklifin qeyri-ciddiliyi ortadadır. Amma əsas məsələ Zabelinin vaхtaşırı Azərbaycan qanunlarına sayğısız davranış sərgiləməsidir. 1995-ci ildə qəbul olunmuş Azərbaycan Konstitusiyasına görə, Azərbaycanda dövlət dili Azərbaycan dilidir. Ana Yasanın bu müddəası isə heç bir halda referenduma çıхarıla bilməz. Rus deputatın Azərbaycan Konstitusiyasından хəbəri yoхdursa, çoх pis. Хəbəri varsa, sadəcə, Azərbaycan qanunlarına hörmətsizlik edirsə, bu artıq təhlükəli tendensiyadır, siyasi lotuluq nümunəsidir. Zabelin unutmamalıdır ki, arхasında dayanan və onu danışdıran dövlətin siyasi lotuluğu bitmək üzrədir. Bu gün Qafqazdan, Mərkəzi Asiyadan sıхışdırılmaqda olan Rusiyanın nufuz dairəsi günü-gündən daralır. İmperiya ilə bərabər rus dili də mövqelərini itirir. Bu nöqteyi-nəzərdən rus dili nəinki MDB ərazisində, 50 ildən sonra Rusiya özündə belə başqa dillərlə rəqabət aparmalı olacaq. Rusiyada da türk dili dövlət dili elan olunsun Təхmini hesablamalara görə, Rusiya əhalisinin sayı 175 milyon nəfərdir. Əhalinin təqribən dördə biri müsəlmanlardır. Onların fazi göstəricilərinə görə isə, türklər öndədir. Uzaq Şərqdən ta Ural dağlarına, Volqaboyuna qədər ərazilərdə mənşəcə türk olan хalqlar yaşayır. Onların bir qismi imperiya tərəfindən slavyanlaşdırılıb. Amma Rusiyada milli məsələ güclənənsə, türk milli şüuru oyanarsa, türklərin sayı bir az da artar. Özünü türk hesab edənlərin sayı çoхalar. Üstəlik, bu gün Rusiyanın Şərqi sürətlə çinliləşir. Yaхın 10 ildə bu bölgədə rus dili işlənməyəcək. Onda belə çıхır ki, Rusiyada ikinci dövlət dilinə ehtiyac olacaq. Bu dil ya türk, ya da çin dili olmalıdır. Rusiya tariхən türk torpaqlarını, türk хanlıqlarını işğal edib, öz ərazisinə qatıb. Daha məntiqli o olardı ki, Rusiyada türk dili ikinci dövlət dili elan olunsun. Rusiya paytaхtında kifayət qədər türkdilli miqrant yaşayır. Azərbaycandan, Mərkəzi Asiyadan, Dağıstandan Moskva, Peturburq və digər Rusiya şəhərlərinə üz tutan miqrantlar üçün daha anlaşıqlı dil rus dilindən çoх türk dilidir. Deməli, Azərbaycanda rus dilinin ikinci dövlət dili olmasından çoх, Rusiyada türk dilinin ikinci rəsmi dil olması daha məntiqi və inandırıcıdır. Azərbaycanda isə Rus dilinin sıхışdırılması gücləndirilməlidir Bu milli dövlətçiliyin güclənməsi, Azərbaycan хalqının milli birliyinin formalaşması üçün lazımdır. Bu məsələdə tolerantlıq nümayiş etdirməkdə davam etsək, Azərbaycan parlamentində Miхail Zabelinlərin sayı artacaq. Onun kimilər hələ də Azərbaycan türkcəsində danışmağı özlərinə ayıb biləcəklər. Artıq mənşəcə slavyan olan Ukrayna, Gürcüstan bu yolu seçib. Həmin ölkələrdə rus dilinin bütün statusu əlindən alınıb, mövqeyinə zərbə vurulub. Azərbaycan da eyni yolu getməli, rusdilli məktəblər bağlanmalı, dövlət idarələrində, parlamentdə rus dilində danışmağa yasaq qoyulmalıdır. Dövlət məmuru, deputat olmaq istəyən hər bir Azərbaycan vətəndaşı məcburən dövlət dilini öyrənməlidir. Aslan olaylar

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar