GünAz TV: Dünən Ankarada bir sərgi salonunda Rusiyanın Türkiyədəki səfiri Andrey Karlovun həyatına sui qəsəd edərək onu qətlə yetirən şəxsin kimliyi məlum olub.
Kütləvi informasiya vasitələri qatilin Mövlud Mərt adlı polis işçisi olduğu yazır.
O səfirə 5 güllə vurduqdan sonra təslim olmaq istəməyib və Türkiyə hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən öldürülüb.
Türkiyə DİN rəhbəri Süleyman Soylu da Andrey Karlovun qatili ilə bağlı qısa məlumat verib. Nazir həmin şəxsin 2 il 5 ay ərzində polis işlədiyini, 1994-cü il təvəllüdlü olduğunu söyləyib.
Rusiya XİN cinayət hadisəsini terror aktı kimi dəyərləndirib.
Rusiya İstintaq Komitəsi hadisə ilə bağlı cinayət işi qaldırıb.


N.S