SON XƏBƏRLƏR

Rusiyanın xarici siyasəti sərtləşir.Ekspertlər bunun bir neçə amillə bağlı olduğu qənaətindədirlər

2021.10.20, 07:36
Rusiyanın xarici siyasəti sərtləşir.Ekspertlər bunun bir neçə amillə bağlı olduğu qənaətindədirlər

Gunaz.tv
Rusiyanın xarici siyasəti sərtləşir Ekspertlər bunun bir neçə amillə bağlı olduğu qənaətindədirlər Hakimiyyətin Vladimir Putindən Dmitri Medvedyevə keçdiyi Rusiya xarici siyasət kursunda sərt üsullara üstünlük verilməsi davam edir. Məhz bu sərtliyin nəticəsidir ki, son dövrlərdə Moskvanın keçmiş Sovet ölkələri ilə münasibətləri problemlərlə müşayiət olunur. Rusiyanın regionda öz nüfuzunu bərpa etmək cəhdləri isə Qərb və xüsusilə də respublikaların daxil olmaq istədiyi NATO ilə münasibətlərdə gərginliyə səbəb olub. Bunu xarici ekspertlər də təsdiqləyirlər. Məsələn, ABŞ Dövlət Departamentinin Avropa və Avrasiya məsələləri üzrə məsul rəsmisi Devid Merkelin sözlərinə görə, Birləşmiş Ştatlar Ukrayna və Gürcüstan hökumətlərinin NATO ilə münasibətləri inkişaf etdirməsini dəstəkləyir. Lakin Moskva, eyni zamanda, Ukrayna əhalisinin Rusiyapərəst kəsimi bunun əleyhinə çıxır. Devid Merkel bu mövqeyi anladığını desə də, onu da əlavə edib ki, NATO sonda başqa Şərqi Avopa ölkələrini Alyansa daxil olmağa inandıra bilib. Onun sözlərinə görə, NATO Rusiya sərhədlərinə sabitlik və firavanlıq gətirə bilər ki, bunun ilk növbədə Rusiyaya böyük faydası var. Amerikalı təmsilçi bunu konkret faktlarla əsaslandırıb: "Əgər NATO-ya daxil olmuş başqa üzvlərə nəzər salsaq, maraqlı mənzərə yaranır. Rusiyanın Bolqarıstan və Rumıniya kimi ölkələrlə onlar NATO-ya daxil olduqdan sonra ticarət dövriyyəsi artıb". Lakin şimal qonşumuzda məsələyə bu cür yanaşmanı qəbul etmirlər. Hər halda rusiyalı müstəqil siyasi təhlilçi Aleksandr Konovalovun xarici mətbuata açıqlaması belə deməyə əsas verir. Məlumatlara görə, o, Merkelin bəhs etdiyi yaxşı ticarətin uğurlu xarici siyasətin nəticəsi olduğunu bildirib. Konovalovun qənaətinə görə, bu məsələdə NATO-ya üzvlüyün heç bir rolu olmayıb. Bundan başqa, o, xəbərdarlıq edib ki, Gürcüstanın Alyansa daxil olması separatçı Abxaziya bölgəsində ehtirasları qızışdıra və bütün regionda domino effekti yarada bilər. Konovalov deyib ki, Moskva Ukraynanın da NATO-ya üzvlüyündən narahatdır. Belə ki, üzvlüyün Şengen razılığı ilə müşayiət olunması Rusiya-Ukrayna sərhədlərini bağlaya və iki ölkənin insanları arasındakı əlaqələri məhdudlaşdıra bilər. Bununla yanaşı, rus ekspertin qərbli həmkarı ilə razılaşdığı məqam da var. Məsələn, Konovalov da hesab edir ki, iqtisadi inkişaf qanun qarşısında bərabərlik, müqavilələrin toxunulmazlığı, korrupsiyanın azlığından asılıdır, çünki bunlar investorların etimadını təşkil edən faktorlardır. Onun fikrincə, keçmiş Sovet İttifaqında boya-başa çatmış bir çox adamlar bunların arasındakı əlaqəni görmürlər. Buna görə də həll yolu özəl mülkiyyətin inkişafındadır. www.xazar.az

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar