SON XƏBƏRLƏR

Rusiyanın xüsusi xidmətlərinə casusluqda təqsirləndirilənlərə hökm oxunub

2021.10.20, 07:36
Rusiyanın xüsusi xidmətlərinə casusluqda təqsirləndirilənlərə hökm oxunub

Gunaz.tv
Rusiyanın xüsusi xidmətlərinə casusluqda təqsirləndirilənlərə hökm oxunub d4edbf43-653e-4e2e-b2d8-4651bc4afdba_w220_s.jpg İyunun 12-də Ağır Cinayətlərə Dair İşlər üzrə Hərbi Məhkəmədə hakim Mürsəl Əliyevin sədrliyi ilə Bakı aeroportunun Təhlükəsizlik Xidmətinin bir qrup yüksək vəzifəli əməkdaşına hökm oxunub. Məlumatı «Turan» yayıb. Aeroportun Təhlükəsizlik Xidmətinin sabiq rəhbəri Emil Süleymanov əmlakı müsadirə olunmaqla və cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 15 il müddətinə azadlıqdan məhrum edilib. Ona azad olunduqdan sonra 3 il dövlət qulluğunda işləmək qadağan edilib. Məhkəmə həmçinin Milli Təhlükəsizlik Nazirliyinə (MTN) E.Süleymanovun polkovnik rütbəsindən məhrum edilməsi haqqında təqdimat göndərilməsi barədə xüsusi qərar çıxarıb. Aeroportun operativ xidmətinin sabiq rəhbəri Tamerlan Mayılov və mühəndis-elektronika üzrə mütəxəssis Tahir Əsədzadə isə 2,5 il müddətinə azadlıqdan məhrum edilib. «Azal»ın keçmiş mühəndis-proqrammisti Faiq Quliyev də 2,5 il müddətinə azadlıqdan məhrum edilib. MTN-in polkovnik-leytenantı Rafət Əliyev isə 3 il müddətinə azadlıqdan məhrum edilib. Onlar hamısı cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkəcəklər. Azad edildikdən sonra onlara 2 il dövlət qulluğunda çalışmaq qadağan olunub. İstintaq materiallarına əsasən, təqsirləndirilənlər Rusiya xüsusi xidmət orqanları ilə əməkdaşlıq ediblər. Rusiya xüsusi xidmət orqanlarına Azərbaycana səfər edən yüksək səviyyəli xarici nümayəndə heyətləri haqqında məlumatlar, Azərbaycan xüsusi xidmət orqanları zabitlərinin fotoşəkillərini ötürüblər. Həmçinin aeroportun bütün ərazisini, dövlət başçısının hökumət üzvləri və xarici nümayəndə heyətləri ilə görüşləri zamanı danışıqlarını dinləyiblər. zadliq radiosu

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar