SON XƏBƏRLƏR

Rusiyanın yoxa çıxan gəmisi, İrana modern Raketa daşıyırdı?

2021.10.20, 07:36
Rusiyanın yoxa çıxan gəmisi, İrana modern Raketa daşıyırdı?

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin əldə etdiyi məlumata görə, Rusiyanın bir müddət yoxa çıxmış gəmisi “Artric Sea” İrana modern Raketalar daşıyırmış. Rus mafiyası s-300 Raketalarını Kalininqrad limanında gəmiyə yükləyib. Bu xəbəri bir Avsteriya qəzeti yayıb. Qəzetin verdiyi məlumata görə, Raketaların gəmiyə yüklənmə məsələsini İsrail kəşf və faş edib. Klininqrad limanı baltikin kənarında Polşa ilə Litvaniyanın arasında yerləşir. Adi gedən gəmi iyul ayının 23-də finlandiyadan Əlcəzayirə yola düşür və sonra elan olunur ki gəmi dəniz quldurları tərəfindən oğurlanıb. Gəmi avqust ayının 17-nə qədər yoxa çıxır sonra bir hərbu Rus gəmisi vasitəsi ilə Kabverd sahillərində azad olunur. Elə o zamandan da gəminin yükü modern silahlardır deyə şayiə başlayır. Həmin qəzet məlumat verir ki İsrail Prezidenti Şimon Peresin avqust ayında Rusiyaya səfəri bu məsələ ilə ilgili olub. Sözü gedən qəzetin verdiyi məlumata görə, Rusiyanın gəminin arxasıca gönderdiyi iki böyük uçaq təsadüfi deyil. Bu uçaqların görəvi böyük ehtimalla gəmidə olan Raketaları Rusiyaya qaytarmaq olub. Xatırladaq ki rəsmi olaraq elan olunmuş du ki sözü gedən gəminin yükü ancaq “ağac”dan ibarətdir.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar