SON XƏBƏRLƏR

Rusların sayının azalması təbii prosesdir.Azərbaycanda türk dili gücləndiyindən rus dilinə maraq azalır

2021.10.20, 07:36
Rusların sayının azalması təbii prosesdir.Azərbaycanda türk dili gücləndiyindən rus dilinə maraq azalır

Gunaz.tv
Rusların sayının azalması təbii prosesdir Azərbaycanda türk dili gücləndiyindən rus dilinə maraq azalır Azərbaycanda rusların sıxışdırılması və rus dilinə münasibətin pisləşməsilə bağlı iddialar əsassızdır. Bunu "OLAYLAR"a Miqrasiya Resurs Mərkəzinin rəhbəri Azər Allahverənov bildirib. Mərkəz rəhbəri son illər rusların ölkəni kütləvi şəkildə tərk etməsilə bağlı məlumatlara aydınlıq gətirib: "Rusiyada keçirilən "gənclər elitası" forumunda da bu məsələ qaldırılarkən vəziyyətə münasibət bildirilib. Azərbaycan yeganə ölkədir ki, rus dilli məktəblərin fəaliyyəti dayandırılmayıb. Hazırda 20-dən artıq rusdilli məktəb var, əksər məktəblərdə rus dili tədris edilir. Digər tərəfdən Bakı Slavyan Universitetinin fəaliyyəti qənaətbəxşdir". A.Allahverənov deyib ki, əvvəllər rus dilinə maraq böyük olub: "Regionlarda rusdilli əhalinin sayı azalıb. Lakin bu, təbii prosesdir. Rusdilli əhali Rusiya kanallarına, rusdilli verilişlərə baxıb. Hazırda isə türk dili rus dilini üstələyib, türk dilinin güclənməsi gedir. Bu proses isə rusdilli əhalinin bölgələrdən köçməsinə təsir göstərir". Mərkəz rəhbəri deyib ki, rus dilinin ikinci dövlət dili kimi elan edilməsi təklifləri birdəfəlik rədd edilməlidir: "Əvvəllər rus dilinə maraq olubsa, son vaxtlar ingilis dilinə üstünlük verənlərin sayı artır. Belə olarsa, ingilis dilinin də dövlət dili kimi elan edilməsi təklif edilərğ Azərbaycanda bir dövlət dili var və ikincisinə ehtiyac yoxdur" olaylar

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar