SON XƏBƏRLƏR

Ruzbeh və Yaşar Piri Təbrizin Mərkəzi Zindanından müvəqqəti azadlığa buraxılıb

2021.10.20, 07:36
Ruzbeh və Yaşar Piri Təbrizin Mərkəzi Zindanından müvəqqəti azadlığa buraxılıb

Gunaz.tv

GünAz TV: Güney azərbaycanlı milli-mədəni fəallar Ruzbeh və Yaşar Piri 3 ay qanunsuz olaraq saxlandıqdan sonra fevralın 5-də Təbrizin Mərkəzi Zindanından azadlığa buraxılıb.


Piri qardaşları mülki vəsiqə qarşılığında müvəqqəti olaraq sərbəst buraxılıb.


Onlar 2019-cu ilin noyabr ayında İranda bahalığa qarşı keçirilən etiraz aksiyaları zamanı bir çox azərbaycanlı fəal kimi təhlükəsizlik qüvvələri tərəfindən qanunsuz olaraq saxlanmışdır.


Yaşar Piri Təbrizdə Kitabxanada, Ruzbeh Piri isə öz evlərində yaxalanmışdır.


Təbriz Azad Universitetinin məzunu Yaşar Piri hüquq ixtisası üzrə təhsil alıb. Ruzbeh Piri isə kompüter mühəndisidir, o hazırda hüquq ixtisası üzrə təhsil alır.

Piri qardaşları insan hüquqları, ətraf mühit və heyvan hüquqları ilə bağlı apardıqları mədəni fəaliyyətlərinə görə uzun müddətdir ki, təhlükəsizlik orqanlarının ağır təzyiqlərinə məruz qalır.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar