SON XƏBƏRLƏR

Pərviz Siyabi Ərdəbil həbsxanasının 7-ci bölməsinə köçürülüb

2023.02.27, 08:55
Pərviz Siyabi Ərdəbil həbsxanasının 7-ci bölməsinə köçürülüb

Gunaz.tv

Bundan öncə Abbas Lisaninin 7-ci bölmədə saxlanıldığı zaman Siyabinin bu bölməyə köçürülməsi ilə bağlı müraciətlər cavabsız qalmışdı.

Qeyd edək ki, Pərviz Siyabi Xuzistan ərəblərinin su qıtlığı ilə bağlı etirazlarına dəstək verdiyi üçün 25 iyul 2021-ci ildə təhlükəsizlik məmurları tərəfindən saxlanılıb.

O, “rejimə qarşı olan media ilə əlaqə saxlamaq və sosial şəbəkələrdə, kütləvi informasiya vasitələrində sistemin bütünlüyünə və təməlinə qarşı çıxmaq məqsədilə müsahibələr vermək" də ittiham edilir.

Siyabi həmçinin həqiqətə uyğun olmayan məlumatlar dərc etməklə İran İslam Respublikasının müqəddəs sisteminə qarşı təbliğat fəaliyyəti aparmaq”da,  “ölkənin təhlükəsizliyini pozmaq məqsədi ilə real olmayan qrupları idarə etmək” və “ölkənin təhlükəsizliyini pozmaq məqsədi ilə qeyri-qanuni qruplara və dəstələrə üzv olmaq”da suçlandırılır.

Cavidan

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar