SON XƏBƏRLƏR

Rza Cəfərlu və Əkbər Quluzadə Urmiyə məhkəməsinə çağırılıb

2021.10.20, 07:36
Rza Cəfərlu və Əkbər Quluzadə Urmiyə məhkəməsinə çağırılıb

Gunaz.tv

GünAz TV: Azərbaycanlı milli-mədəni fəallar Rza Cəfərlu və Əkbər Quluzadə Urmiyə məhkəməsinə çağırılıb.

 

Bu barədə fəallara 2019-cu il yanvarın 1-də çağırış vərəqəsi göndərilib. Onlar yanvarın 12-də məhkəməyə müraciət etməlidir.

 

Çağırış vərəqəsində urmiyəli fəalların “sistemin əleyhinə təbliğat aparmaq, həmçinin ölkənin təhlükəsizliyini pozmaq məqsədi ilə təşkil olunan dəstə, cəmiyyət və ya cəmiyyətin şöbəsinə üzv olmaq”da ittiham olunduqları bildirilib.

 

Rza Cəfərlu və Əkbər Quluzadə 2018-ci il dekabrın 10-da təhlükəsizlik qüvvələri tərəfindən yaxalanaraq Urmiyənin Mərkəzi Zindanında 16 gün saxlandıqdan sonra 50 milyon tümənlik mülki vəsiqə qarşılığında sərbəst buraxılıb.

 

İranda son günlərdə azərbaycanlı fəallara qarşı təzyiqlər artıb, müxtəlif şəhərlərdə bir neçə fəal təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb və ya məhkəmə orqanlarına çağırılıb.

 

Çağırış vərəqəsi:

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar