SON XƏBƏRLƏR

Vərziğanın qızıl mədənində faciə: Azərbaycanlı gənc həlak olub

2022.02.05, 09:50
Vərziğanın qızıl mədənində faciə: Azərbaycanlı gənc həlak olub

Gunaz.tv

Məlumatda başqa şəxsin, 30 yaşlı kişinin huşsuz vəziyyətdə tapıldığı və Vərziğan şəhər xəstəxanasına çatdırıldığı qeyd olunub.
Qızıl Aypara Cəmiyyətinin məlumatında iki şəxsin qızıl mədənində qanunsuz qızıl axtarışı ilə məşğul olduqları bildirilib.

Qeyd edək ki, Vərziğan və Xarvana bölgəsində mövcud olan “Əndiryan” qızıl mədəni istismar üçün xarici şirkətlərə verilib.

Bundan öncə də hökumətə bağlı olan media qurumları və bir sıra rəsmilər qızıl mədəni ətrafında işləyən yoxsul əhalini təhqir edib, onları “qaçaqmalçı” adlandırıblar.

Şərqi Azərbaycanda yerləşən Əndəryan qızıl mədəninin ümumi ehtiyatının 30 milyon ton civarında olduğu bildirilir.

Əndəryan Kəndi və bölgə əhalisi işsiz olduğu halda İran rejimi sözügedən mədəndə Çin, Rusiya, Gürcüstan və Ermənistan ölkələrinin vətəndaşlarını çalışdırır. Mədənin fəaliyyətindən bölgə əhalisinə çatan isə yalnız ətraf mühitin korlanmasıdır. 

C.E
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar