SON XƏBƏRLƏR

Vərziğanlı ata oğlu Əlihana kimlik ala bilmir

2022.05.11, 04:40
Vərziğanlı ata oğlu Əlihana kimlik ala bilmir

Gunaz.tv

Onun sözlərinə görə, buna səbəb adın türkcə olmasıdır.

Nəcəfzadənin statusu “Vərziğan Səsi” instaqram hesabında yenidən paylaşılıb və İran Qeydiyyat İdarəsinin 19 aylıq Əlihana sənəd verməkdən imtina etdiyi bildirilib.

Qeyd edək ki, İran Qeydiyyat İdarəsinin azərbaycanlı uşaqlara türk adlarına görə kimlik vəsiqəsi verməməsi valideynlərin etirazları ilə qarşılanır və onlar məsələni sosial mediada ictimailəşdirməyə məcbur olurlar.

İnsan haqları sahəsində fəaliyyət göstərən "Ərk"-Azərbaycan Cəmiyyəti məsələ ilə bağlı  Beynəlxalq İnsan Hüquqları Müşahidəçiləri, İrqçiliyə Qarşı Komitə, Birləşmiş Millətlər Təşkilatının Uşaq Hüquqları Komitəsi və başqa beynəlxalq təşkilatlara şikayət və hesabatlar göndərib.

Bu hesabatda İran İslam Respublikası tərəfindən türklərə qarşı insan ləyaqətinin davamlı təhqir olunduğu da vurğulanıb.  

Timur
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar