SON XƏBƏRLƏR

“S-400”lər bu gün Ankaraya təhvil verilə bilər

2021.10.20, 07:36
“S-400”lər bu gün Ankaraya təhvil verilə bilər

Gunaz.tv

GünAz TV: Rusiyadan alınan "S-400" hava hücumundan müdafiə sistemlərinin ilk partiyası bu gün Türkiyəyə təslim edilə bilər.

 

“Teleqraf.com”un yaydığı xəbərdə bildirilir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.

 

Məlumata görə, iyulun 8-də Moskvada sistemlərin yük təyyarəsinə yüklənməsi prosesi başa çatıb. Bildirilib ki, yük təyyarələri bu gün axşam saatlarında Tverdəki hərbi hava bazasından Türkiyəyə yola salınacaq.

 

Əlavə edək ki, Amerika Türkiyəni Rusiyadan "S-400" raketləri aldığına görə sanksiyalarla təhdid edir.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar