SON XƏBƏRLƏR

Həsən İrlunun axtarışda olan həmən məşhur terrorçu Əbdülrza Şəhlayi olduğu üzə çıxıb

2021.12.23, 12:01
Həsən İrlunun axtarışda olan həmən məşhur terrorçu Əbdülrza Şəhlayi olduğu üzə çıxıb

Gunaz.tv

Yayılan məlumata əsasən, SEPAH terror təşkilatının “Qüds” briqadasının keçmiş komandanı Qasım Süleymaninin yaxın əməkdaşlarından olduğu bildirilən və Əbdülrza Şəhlayi adı ilə tanınan “səfir”, əslində Səudiyyə Ərəbistanına qarşı vuruşan yaraqlı husi qüvvələrinə başçılıq edən şəxs olub.

Bildirilir ki, bundan əvvəl Amerikanın barəsində sanksiya qoyduğu və onun yeri barədə hər hansı bir məlumat verilməsi qarşılığında 15 milyon dollar mükafat təyin etdiyi həmin şəxsin (Əbdülrza Şəhlayi-Həsən İrlu-Red) Sənadakı qaldığı iqamətgah Səudiyyə Ərəbistanının qırıcıları tərəfindən bombardman edilib.

Onun isə həmin bombardmanda yaralandığı və yaralı vəziyyətdə Yəməndən qovularaq İrana qayıtdığı təxmin edilir. 

İranın hökumət saytlarının onu “şəhid” adlandırması da bu fikri gücləndirir. 

İranın “rajanews” saytı isə dekabrın 22-də Həsən İrlunun haqqında yaydığı bir yazıda “Son bir neçə gündə Səudiyyə Ərəbistanının qırıcı təyyarələri onun Sənada qaldığı yeri müəyyənləşdirərək bombardman etmişdilər”, cümələsini işlətsə də, az sonra yazıdan həmin cümləni çıxarıb.

Həmçinin İranın “İrna” agentliyinin saytı bu gün Həsən İrlunu üzdəniraq “müqavimət cəbhəsinin komandırlərindən biri” olduğunu yazıb onun həm də Əbdülrza Şəhlayi adı ilə tanındığını bildirsə də, az sonra həmin cümləni yaydığı xəbərdən silib.

İranın hökumət saytlarnın üzdəniraq Yəməndəki səfir barədə ziddiyyətli məlumatlar yayması isə onun (Həsən İrlu-Red) həqiqətən də koronavirusdan, yaxid bombardman nəticəsində öldüyünü şübhə altına alır. 

Xatırladaq ki, İran Xarici İşlər Nazirliyinin sözçüsü Səid Xətibzadə dekabrın 21-də İranın Sənadan qovulmuş üzdəniraq “səfiri” Həsən İrlunun koronavirusdan öldüyünü bildirib.

Qeyd edək ki, SEPAH terror təşkilatının “Qüds” briqadasının üzvlərindən olan Həsən İrlu (Əbdülrza Şəhlayi) bir il əvvəl gizli yolla Yəmənə getmiş və husilərin nəzarətində olan Sənada “səfir” kimi fəaliyyət göstərirdi.

حسن ایرلو یا سرتیپ پاسدار عبدالرضا شهلایی! - ایران آزادی

تصویر لینک

A.M 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar