SON XƏBƏRLƏR

Saakaşvili sülh planını imzaladı

2021.10.20, 07:36
Saakaşvili sülh planını imzaladı

Gunaz.tv
Saakaşvili sülh planını imzaladı saak-imza.jpg ABŞ Rusiya qoshunlarının Gürcüstandan çıxmasını tələb etdi Gürcüstan prezidenti Mixail Saakaşvili Gürcüstan və Rusiya arasında atəşin dayandırılması barədə razılaşmanı imzalayıb. Lent.az-ın “İTAR-TASS” agentliyinə istinadən verdiyi məlumata görə, Saakaşvili bu barədə ABŞ dövlət katibi Kondoliza Raysla birgə keçirdiyi mətbuat konfransı zamanı bildirib. Bundan əvvəl sənədi münaqişənin həllində vasitəçi rolunu oynayan Fransa prezidenti Nikolya Sarkozi və Rusiya prezidenti Dmitri Medvedev də imzalayıblar. Saakaşvili müqavilənin müvəqqəti olduğunu vurğulayıb: “Mən atəşin dayandırılması barədə sənədi imzalamışam. Amma bu müvəqqəti sənəddir və münaqişənin sona qədər həllinə başlamağa imkan verəcək. Rusiya qoşunları Gürcüstan ərazisini tərk etməlidirlər. Gürcüstanın böyük bir hissəsi Rusiya zirehli texnikası tərəfindən işğal edilib. Hazırda əsas məsələ münaqişə regionlarında beynəlxalq sülhməramlı əməliyyatı həyata keçirməkdir. Vəziyyət stabilləşən kimi ABŞ dərhal bərpa işlərinə başlayacaq”. Kondoliza Rays da sənədin imzalandığını təsdiq edib: “Saakaşvilinin həmin sənədi imzalaması o deməkdir ki, atəş dərhal dayandırılmalı və Rusiya qoşunları heç bir şərt qoymadan dərhal öz yerlərinə qayıtmalıdırlar. Münaqişə zonasında ancaq rus sülhməramlıları qala bilər”. LENT.AZ

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar