SON XƏBƏRLƏR

Sabah İranın 55 min seçki məntəqəsində Parlament seçkiləri keçiriləcək

2021.10.20, 07:36
Sabah İranın 55 min seçki məntəqəsində Parlament seçkiləri keçiriləcək

Gunaz.tv

GünAz TV: İranın Daxili İşlər naziri Əbdülrza Rəhmani Fəzli sabah Milli Məclis seçkilərinin 208 seçki dairəsi üzrə 55 min seçki məntəqəsində keçiriləcəyini bəyan edib.

 

O, seçki prosesində ümumilikdə 1 milyondan çox insanın fəaliyyət göstərəcəyini deyib.

 

Digər tərəfdən, İran Mərkəzi Seçki Komissiyasının sədri Camal Orf Milli Məclisdə 290 kürsü uğrunda 7 min 148 namizədin rəqabət aparacağını elan edib.

 

Xatırladaq ki, Parlament seçkilərinə 16 min 145 nəfər namizədliyini irəli sürmüşdü, lakin onların əksəriyyətinin namizədliyi Konstitusiyaya Nəzarət Şurası tərəfindən müxtəlif bəhanələrlə qəbul edilməmişdi. Beləliklə, əksəriyyəti islahatçı olan təqribən 56%-in namizədliyi təsdiq edilməyib.

 

İran Daxili İşlər Nazirliyinin məlumatına görə, bu il 57 milyon 918 min 159 nəfərin səsvermə hüququ var. Onlardan 2 milyon 931 min nəfəri ilk dəfə olaraq səs verəcək.

 

Lakin bir müddət öncə istər islahatçılar, istərsə də, müxalif siyasi qruplar artıq 290 yerin əksəriyyətinə seçkilər olmadan deputatların mühafizəkarlar arasından təyin edildiyi barədə məlumat yaymışdılar. Bir neçə gün əvvəl İslahatçıların Ali Siyasi Şurası namizədlərin təsdiqlənmə prosesində Nəzarət Şurasının ciddi saxtakarlıqlara yol verdiyini, artıq bir çox bölgədə öz namizədlərini Milli Məclisə təyin etdiyini bəyan etmişdi. Prezident Həsən Ruhani də namizədliyin qeydə alınması zamanı saxtakarlıqlara yol verildiyini etiraf etmişdi.

 

Eləcə də, müxalif qruplar seçkilərin heç nəyi dəyişməyəcəyini bəyan edərək, insanları noyabr etirazlarında və Ukrayna təyyarəsinin vurulmasında ölənlərin ruhlarına hörmət əlaməti olaraq seçkilərdə iştirak etməməyə çağırıblar.

 

Ə.A

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar