SON XƏBƏRLƏR

SABAH MEHMET ƏLI TƏLƏT YUNAN KIPRININ LIDERI ILƏ GÖRÜŞƏCƏK

2021.10.20, 07:36
SABAH MEHMET ƏLI TƏLƏT YUNAN KIPRININ LIDERI ILƏ GÖRÜŞƏCƏK

Gunaz.tv
SABAH MEHMET ƏLI TƏLƏT YUNAN KIPRININ LIDERI ILƏ GÖRÜŞƏCƏK 20080506182550_1.gif Şimali Kipr Türk Cumhuriyyətinin prezidenti Mehmet Əli Tələt sabah yunan Kiprinin lideri Dmitris Xristorfiasla görüşəcək. Şimali Kipr türk Cumhuriyyətinin prezidentinin mətbuat xidmətindən ANS PRES-ə verilən məlumata görə, görüşdə liderlərdən başqa hər iki ölkənin siyasi partiyalarının nümayəndələri iştirak edəcək. -------------------------------------------------------------------------------- ERMƏNISTAN-GÜRCÜSTAN MÜNASIBƏTLƏRINDƏ PROBLEM YARANA BILƏR 20080506183629_1.jpg Rəsmi Tiflis gürcü-abxaz münaqişəsi zonasında qaçqın və məcburi köçkünlərin statusuna dair BMT-yə təqdim edəcəyi qətnamə layihəsinin səsverməsində Ermənistanın Rusiyanın tərəfini tuta biləcəyindən narahatdır. Bunu Gürcüstanın Ermənistandakı səfirliyinin nümayəndəsi Georgi Saqanelidze deyib. O bildirib ki, Gürcüstan mayın 7-də BMT-yə təqdim edəcəyi qətnamə layihəsinin qəbulu üçün fəal diplomatiya yürüdür: “Biz Rusiyanın bu sənədin əleyhinə çıxacağını bilirik. Amma Ermənistanın da Rusiyanın tərəfini tutacağına dair bəzi siqnallar alırıq və bu, bizi narahat edir. Erməni tərəfi bu cür qərar versə, biz bundan dərin narahatlıq duyacağıq”. Diplomat Ermənistanın neytral mövqeyinə həmişə hörmətlə yanaşdıqlarını, ancaq bu ölkənin Gürcüstanın təşəbbüsünün əleyhinə çıxmasının ən azı iki xalq arasında etimadı azaldacağını vurğulayıb: “Mən fürsətdən istifadə edərək Ermənistan rəhbərliyini maksimum konstruktiv mövqe tutmağa, özlərinə və tərəfdaşlarına ziyan vurmamağa çağırıram. Bu, ağıllı addım olmaz”. www.yenisharq.org

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar