Bu barədə Şərqi Azərbaycan, Ərdəbil və Həmədan əyalətlərinin meteorologiya idarələri vətənmdaşlara xəbərdarlıq edib.
Gunaz.tv
Şərqi Azərbaycan əyalətinin meteorologiya idarəsinin ictimaiyyətlə əlaqələr bölməsi yaydığı açıqlamada yanvar ayının 20-dən etibarən temperaturun 10-20 dərəcə aşağı düşəcəyini, güclü qar və yağışın yağacağını bildirib.
Əfşin İbrahimi güclü qar və çovğunun bir sıra yolları, xüsusilə kənd yollarını bağlayacağı ehtimalının yüksək olduğunu deyib.
Ərdəbil əyalətinin meteorologiya idarəsinin rəisi Siyavuş Məhəmmədi oxşar proqnoz verərək vətəndaşlardan, özəlliklə sürücülərdən mümkün qədər yollara çıxmamağı xahiş edib.
O, qar və çovğunun xüsusilə əyalətin mərkəz və cənub bölgəsində daha güclü olacağını, bir çox yolların bağlanacağını və Ərdəbil hava limanının uçuşlarında gecikmə olacağını proqnozlaşdırıb.
C.E