SON XƏBƏRLƏR

Sabiq FBİ əməkdaşı Robert Levinsonun İranda öldüyünə dair məlumatlar yayılıb

2021.10.20, 07:36
Sabiq FBİ əməkdaşı Robert Levinsonun İranda öldüyünə dair məlumatlar yayılıb

Gunaz.tv

GünAz TV: İranda həbsdə olduğu ehtimal edilən Amerikanın Federal Təhqiqatlar Bürosunun sabiq əməkdaşı Robert Levinsonun ölümü ilə bağlı ailəsi xəbər yayıb.

 

Onlar bildiriblər ki, Levinson İran həbsxanalarında 13 il məhkumluq həyatı yaşadıqdan sonra bir neçə ay əvvəl ölüb. Ailəsi bu məlumatı amerikalı rəsmilərin onlara dediklərini bildirir. Məlumatda Levinsonun İranda koronavirusun yayılmağa başlamasından bir müddət öncə öldüyü qeyd edilir. 

 

Lakin dünən axşam saatlarında məsələ ilə bağlı açıqlama verən Donald Tramp Levinsonun ölümünə inanmadığını, bu xüsusda onlara məlumat verilmədiyini deyib.

 

İran da hələ ki, FBİ-nin keçmiş əməkdaşının ölümü barədə ailəsinin yaydığı xəbəri təsdiqləməyib.

 

Xatırladaq ki, ABŞ Federal Təhqiqatlar Bürosunun mütəşəkkil cinayətkarlıqla mübarizə şöbəsinin sabiq əməkdaşı Robert Levinson siqaret qaçaqmalçılığı ilə bağlı apardığı araşdırma çərçivəsində 2007-ci ildə İranın Kiş adasına səfər etmiş və orada naməlum şəraitdə yox çıxmışdı. İran onunla bağlı məlumatı olmadığını iddia edir.

 

Ə.A

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar