SON XƏBƏRLƏR

SABİQ PREZİDENT HAŞİMİ RƏFSANCANİ HÖKUMƏTDAXİLİ İXTİLAFLARA SON QOYMAĞA ÇAĞIRDI

2021.10.20, 07:36
SABİQ PREZİDENT HAŞİMİ RƏFSANCANİ HÖKUMƏTDAXİLİ İXTİLAFLARA SON QOYMAĞA ÇAĞIRDI

Gunaz.tv
SABİQ PREZİDENT HAŞİMİ RƏFSANCANİ HÖKUMƏTDAXİLİ İXTİLAFLARA SON QOYMAĞA ÇAĞIRDI refsencani_eks-prezident1.jpg Haşimi Rəfsəncani Avqustun 26-da sabiq prezident, Üləmalar Məclisinin sədri Haşimi Rəfsəncani qurumun iclasında çıxış edib. Dini rəhbərin Nazirlər Kabineti üzvləri ilə bir neçə gün əvvəlki görüşündə dediklərini xatırladan H.Rəfsəncani «ölkənin hazırkı həssas şəraitində hamını ixtilafları bir kənara qoyaraq ayıq-sayıq olmağa» çağırıb. Dini rəhbər prezident Əhmədinejad hökumətini tənqid edənləri dövlətçiliyə qarşı təxribatda günahlandırmışdı. «Media forum» saytının məlumatına görə, H.Rəfsəncani deyib: «İnqilab rəhbərinin müdrik çıxışı asayişə ehtiyac olduğu hazırkı şəraitdə ölkədə sabitliyin qorunub saxlanmasına böyük yardım etdi. Tənqidlə təxribat arasında sərhəd olmalı və rəsmilər yekdil olaraq düşmənlərin xeyrinə qurtaracaq hər hansı bir ixtilafdan çəkinməlidir. Hazırkı həssas şəraitdə tam ayıq-sayıq davranmalıyıq». H.Rəfsəncani bölgədəki ABŞ hərbi qüvvələrindən gələn təhlükəyə də toxunub: «Amerikalılar İran körfəzinin cənubunda bir neçə qarnizon saxlayır və hərbi bazalar yaradıblar. İran körfəzi suları və bizim ətrafımızdakı məntəqələr ABŞ hərbi gəmiləri ilə doludur. Onlar hər gün bizə qarşı yeni bir psixoloji müharibəyə başlayır, təxribatla məşğul olurlar. Bu, gerçək bir müharibədir». «Media forum»

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar