SON XƏBƏRLƏR

Sabiq Səhiyyə nazirlərindən Ruhaniyə koronavirusla bağlı çağırış: "İnsanların bölgələrə səfərlərinin qarşısını almaqda qətiyyət göstərin"

2021.10.20, 07:36
Sabiq Səhiyyə nazirlərindən Ruhaniyə koronavirusla bağlı çağırış: "İnsanların bölgələrə səfərlərinin qarşısını almaqda qətiyyət göstərin"

Gunaz.tv

GünAz TV: İranlı rəsmilər koronavirusun daha da yayılmasının qarşısını almaq üçün xalqı evlərində oturmağa çağırsalar da, insanlar buna əməl etmir.

 

İran Dövlət Yol Polisi İdarəsinin rəisi bildirir ki, təkcə dünən ölkə ərzisində bölgələrə 1 milyon 112 min səfər reallaşıb.

 

İranın sabiq 5 səhiyyə naziri və bir qrup həkimi prezident Həsən Ruhaniyə ünvanladıqları məktubda ondan gediş-gəliş və səfərlərə məhdudiyyət tətbiq etməklə, virusun daha da geniş əraziyə yayılmasının qarşısını almaq üçün qətiyyətli tədbirlər görməyi tələb ediblər.

 

"Koronavirusun ölkəni daha da cənginə almasının qarşısını almağın ən yaxşı yolu sağlam insanlarla xəstə və ya daşıyıcı insanların əlaqəsini kəsməkdən keçir. Bunun üçün insanların digər bölgələrə səfərləri və hərəkətə məhdudiyyət tətbiq edilməli, böyük ticarət mərkəzləri və insanların izdihamlı olduğu yerlər bağlanmalı, eləcə də şəhərlərin giriş-çıxışlarında güclü nəzarət sistemi tətbiq edilməlidir", - deyə tibbi işçiləri məktubda qeyd ediblər.

 

Onlar həmçinin Həsən Ruhaniyə xitabən bildiriblər ki, ötən 1 ay ərzində bütün bölgələrdə virus daha da geniş vüsət almağa doğru gedir və heç bir şəhərdə pandemiyanın yayılmasının azalmağa doğru getməsi müşahidə edilməyib.

 

Ə.A

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar