İran-Çin anlaşması: "Acı nəticələrini yaxın gələcəkdə görəcəyik"-Sadiq İsabəyli

2021-04-17 08:59

İran və Çin arasında imzalanan 25 illik strateji əməkdaşlıq müqaviləsi ilə bağlı müzakirələr davam edir. Siyasi şərhçi Sadiq İsabəyli "Amerikanın Səsi"nə müsahibəsində İran-Çin anlaşmasını şərh edib.

Gunaz.tv Quote | Gunaz article

Siyasi şərhçi hesab edir ki, İran və Çin arasında imzalanan 25 illik strateji əməkdaşlıq müqaviləsi İran hakimiyyətinin mənafeyinə xidmət etsə də, İran əhalisinin rifahı və bölgənin təhlükəsizliyi baxımından pis nəticələri olacaq.

 

“Geniş iqtisadi və təhlükəsizlik sahələrini əhatə edən strateji müqaviləyə görə Çin 25 il ərzində İrana 400 milyard dollar sərmayə yatırmağı qəbul edib”-S.İsabəyli bildirib.

S.İsabəylinin sözlərinə görə, bu anlaşma Çinə Yaxın Şərqə daxil olmaq çün “kart-blanş” verib:

 

“İranın Çinlə anlaşması onun əlini gücləndirib. Çünki, bir çox sahədə Çin İrana açıq kredit verir. Özəlliklə bəhs edilən o 400 milyard dollar məbləğ... Mən düşünürəm ki, Çin də “İran qalxanı” ilə Yaxın Şərqə girib və çalışacaq ki, o bölgədə İranın əlində olan bir çox vasitələrdən istifadə etsin”.

 

Siyasi icmalçı hesab edir ki, Çinlə əməkdaşlıq İran vətəndaşlarının rifahına yox,   hakimiyyətin vətəndaşlar üzərindəki nəzarətini möhkəmləşdirməyə xidmət edəcək.

“İran hakimiyyət olaraq bir kart əldə edib və Çinin yardımları ilə həm beynəlxalq aləmdə, BMT səviyyəsində, həm də maliyyə qaynaqları baxımından, bir sıra faydalar əldə edir. Amma, bunun müqabilində vətəndaş və vətəndaşın rifahına yönəlik nə əldə ediləcək? 

 

Biz görürük ki, bu müqavilənin vətəndaşlara faydası  mümkün deyil. İran Çindən gələn pulları daxildə nəzarəti gücləndirmək, vətəndaşa basqıları artırmaq üçün səfərbər edəcək”-deyə, o bildirib. 

 

S.İsabəyli hesab edir ki, Çinlə müqavilənin fəsadları gələcəkdə üzə çıxacaq: “Biz Çinlə müqavilənin acılarını gələcək illərdə yaşayacayıq. Özəlliklə yeraltı qaynaqların talan edilməsi baxımından. Məsələn, indi çinli mütəxəssislər artıq Güney Azərbaycanın bir çox bölgəsinə səfər ediblər. Bilirik ki, Güney Azərbaycan əsasən mis və qızıl mədənləri ilə zəngindir”.

 

Siyasi eksperttin fikrincə, İran-Çin anlaşması sadəcə İran əhalisinə deyil, bölgə ölkələri üçün də təhlükə təşkil edir: 

 

“Bu müqavilə eyni zamanda İsrail və Türkiyə dövlətlərinə qarşı da təhlükədir... Mənə elə gəlir ki, əgər bölgə və dünya dövlətləri bu məsələləri düzgün araşdırsalar,  İranın ideoloji yanaşmasını və bölgədəki fəaliyyətini dərindən izləsələr görəcəklər ki, getdikcə bölgənin təhlükəsizliyinə təhdidlər artacaq”.

 

C.E
 

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

Kiyanuş Aslani "Evin" həbsxanasına geri dönüb

2021-05-16

gun az article

Mədəni fəal İsrafil Fətullahzadə Əhər həbsxanasına qayıdıb

2021-05-16

gun az article

Milli fəal Səccad Şəhiri Sulduz həbsxanasına qayıdıb

2021-05-15

gun az article

CBS Radiosunda Con Baçlorun Günaz TV-nin direktoru Əhməd Obalı ilə MÜSAHİBƏSİ-TAM MƏTN

2021-05-15

gun az article

Urmu gölünün sahəsi 190 kvadrat kilometr azalıb

2021-05-15

gun az article

Savalan dağı UNESCO-da qeydiyyata alınacaq

2021-05-15

gun az article

Qərbi Azərbaycan əyalətində COVİD-19-a yoluxma sayı artır 

2021-05-15

gun az article

PKK-nın İran qolu Qərbi Azərbaycanda keçiriləcək seçkilərlə bağlı bəyanat yayıb

2021-05-15

gun az article

Marağa-Sərəskənd yolunda ağır qəzası baş verib- Ölən və yaralananlar var 

2021-05-15

gun az article

Şərqi Azərbaycanda tarixi abidələrin yenidənqurulması üçün yüz emalatxanaya ehtiyac var

2021-05-15

gun az article

Təbrizin millət vəkili prezident seçkilərinə qatılacaq

2021-05-15

gun az article

Təbrizdə heyvansevərlər etiraz aksiyası keçirib-VİDEO

2021-05-15

gun az article

Ərdəbilin su bəndlərində suyun həcmi yarıyadək azalıb

2021-05-15

gun az article

GünazTV May.14.2021-Azadlıq səsi: İran planında İsraillilərə qarşı Hamas və İslami Cihadın terror hücümları.

2021-05-15

gun az article

GünazTV May.14.2021: Körpü: İran’da Seçkilər və Güney Azərbaycan

2021-05-15

gun az article

İran Premyer Liqası: "Traxtur" “Abadan”la bərabərə qaldı

2021-05-14

gun az article

Həmədanlı xanım atıcı beynəlxalq yarışa qatılacaq

2021-05-14

gun az article

Marağada 59 yaşlı kişini qatar vurub

2021-05-14

gun az article

Muğanda yeni neft qazma avadanlıqları quraşdırılıb-VİDEO

2021-05-14

gun az article

Zənganda qədim əl işləri sənətləri unudulmaqdadır

2021-05-14