Salar Tahir Əfşar 1 il həbs cəzasına məhkum edilib

2021-02-10 15:28

Urmu şəhərində yaşayan azərbaycanlı milli-mədəni fəal Salar Tahir Əfşar 1 il həbs cəzasına məhkum olunub. Bu barədə onun vəkili Bəhram Cavadiyə şifahi şəkildə bildirilib.

Gunaz.tv Quote | Gunaz article

Bundan öncə keçirilən ibtidayi məhkəmə prosesində milli fəala 4 il həbs cəzası verilmişdi. Qərbi Azərbaycan əyalətinin apellyasiya məhkəməsinin 13-cü şöbəsində Salar Tahir Əfşarın işinə yenidən baxaraq, onun cəzasını 1 ilə endirib.

 

Qərbi Azərbaycan əyalətinin apellyasiya məhkəməsinin 13-cü şöbəsinin hakimləri “Əlipur və Rəcəbi” milli fəala “qanunsuz təşkilat qurmaq” ittihamından bəraət veriblər. Onlar ibtidayi məhkəmənin “hökumətə qarşı təblığat” ittihamını 1996-cı ildə təsdiq edilmiş “İslami Cəza Qanunu”nun 500-cü maddəsinə uyğun hesab edərək S.T.Əfşarın 1 il həbs cəzasını qüvvədə saxlayıblar.

 

Urmulu fəal 2020-ci il iyulun 16-da, Ermənistan-Azərbaycan Tovuz sərhədində baş verən toqquşmadan sonra Azərbaycan Respublikası və ordusuna dəstək məqsədi ilə keçirilən mitinqlərlə əlaqədar Urmuda saxlanılmış və bir neçə gün sonra 50 milyon tümənlik girov müqabilində müvəqqəti azadlığa buraxılmışdı.

 

Milli fəal dəfələrlə təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb və təhdid edilib. O, 2019-cu ildə Urmu şəhərinin İnqilab Məhkəməsinin 1-ci şöbəsi tərəfindən “qanunsuz təşkilata üzv olmaq” ittihamı ilə 1 il həbs cəzasına məhkum olunmuşdu. Sonradan həbs cəzası 1 milyon tümən dəyərində nağd cərimə ilə dəyişdirildi.
 

C.E
 

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

GünazTV May.14.2021-Azadlıq səsi: İran planında İsraillilərə qarşı Hamas və İslami Cihadın terror hücümları.

2021-05-15

gun az article

GünazTV May.14.2021: Körpü: İran’da Seçkilər və Güney Azərbaycan

2021-05-15

gun az article

İran Premyer Liqası: "Traxtur" “Abadan”la bərabərə qaldı

2021-05-14

gun az article

Həmədanlı xanım atıcı beynəlxalq yarışa qatılacaq

2021-05-14

gun az article

Marağada 59 yaşlı kişini qatar vurub

2021-05-14

gun az article

Muğanda yeni neft qazma avadanlıqları quraşdırılıb-VİDEO

2021-05-14

gun az article

Zənganda qədim əl işləri sənətləri unudulmaqdadır

2021-05-14

gun az article

Xamneyini tənqid etdiyi üçün öldürülən güneyli gəncin videosu yayıldı

2021-05-14

gun az article

"Gələcək nəsillər qarşısında məsuliyyət daşıyırıq"-Güney azərbaycanlı ziyalıların müraciəti yayıldı

2021-05-14

gun az article

GünazTV May.13.2021- Düşünməyə Çağırı: Milli Günlərimiz.

2021-05-14

gun az article

GünazTV May.13.2021-Sözümüz: Ferdusi, Məzhəb, Qadın, Milliyyət

2021-05-14

gun az article

Güney Azərbaycan klubu ölkə çempionu oldu

2021-05-13

gun az article

Güney Azərbaycanın voleybol fenomeni legioner oldu

2021-05-13

gun az article

Həmədanda "Dünya Dulusçuluq Şəhəri" Mərkəzi açılacaq

2021-05-13

gun az article

Ərdəbildə daha 7 koronavirus xəstəsi vəfat edib

2021-05-13

gun az article

Güneyli xanım beynəlxalq yarışda hakimlik edəcək

2021-05-13

gun az article

Güneyli azərbaycanlı milli fəal yol qəzasında həlak oldu

2021-05-13

gun az article

Mədəni fəal Əkbər Qulizadə Tehran həbsxanasına aparılıb

2021-05-13

gun az article

Xoyda zəlzələ baş verib

2021-05-13

gun az article

GünazTV May.12.2021-Görüş: Güney Azərbaycan Milli Azadlıq Hərəkatına qarşı təxribatlar, İranda aclıq, rejim isə terroristlərə pul paylamaqdadır

2021-05-12