Salehi: “Avropanın nüvə sazişi ilə bağlı üzərinə götürdüyü öhdəliklərə əməl etməməsinin xoşagəlməz nəticələri olacaq”

27.11.2018, 07:36

GünAzTV: İran Atom Enerjisi Təşkilatının rəisi Əli Əkbər Salehi noyabrın 26-da İranla Avropa arasında 3-cü nüvə əməkdaşlığı seminarına qatıldıqdan sonra Avropa Birliyinin enerji və iqlim dəyişikliyi üzrə komissarı Miguel Arias Canete ilə birgə jurnalistlər qarşısına çıxaraq, nüvə sazişinin icrasının ləngidilməsindən gileylənib.

 

Salehi, Avropa Birliyinə xəbərdarlıq edərək bildirib ki, rəsmi Tehran, nüvə sazişinin iqtisadi mənafeyindən bəhrələnməsə, indiki vəziyyət çox davam etməyəcək: “Hesab edirik ki, Avropa Birliyinin İranın nüvə sazişinin iqtisadi mənafeyindən bəhrələnməsi ilə bağlı üzərinə götürdüyü öhdəliklərə əməl etməməsinin xəşagəlməz nəticələri olacaq. Düşünürük ki, sözdən artıq əmələ keçmək lazımdır. Çünki hazırkı vəziyyətin nə vaxta qədər davam edəcəyi haqda proqnoz vermək çətindir.

 

Avropa Birliyi nüvə sazişini qoruyub saxlamaq üçün bu günə qədər çox çalışıb və bu barədə şəffaf mövqe də sərgiləyib. Avropalılar həm də bildiriblər ki, nüvə sazişinin qorunub saxlanılması Avropanın təhlükəsizliyi üçün böyük önəm daşıyır. Ümid edirik ki, biz və Avropa Birliyi, Rusiya və Çinlə birlikdə bu sazişi qoruyub saxlaya biləcəyik. Bu, elə bir savaşdır ki, bundan mütləq qalib çıxmalıyıq”.

 

A.M

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
Şərhlər
Şərh Yaz
gun az article

Əhməd Obalı: "İran hökuməti zəlzələdə dağılan evləri bərpa etməkdə maraqlı deyil"

2023-02-03

gun az article

Zəlzələdən zərər görənlər etiraz aksiyası keçirilib

2023-02-03

gun az article

"İlham Əliyevin güneyli soydaşlarımızın problemlərini qaldırması bizdə qürur hissi yaradıb"- Əhməd Obalı

2023-02-03

gun az article

Güney azərbaycanlılar sanki diri-diri basdırmaq istəyir- "Ərk"-BMT-yə müraciət edəcək

2023-02-03

gun az article

 “Sözümüz” proqramında müzakirə: “Xoy zəlzələsi və Güney Azərbaycan milli hərəkatı”  - VİDEO

2023-02-03

gun az article

Güneyli rejissor zəlzələ ilə bağlı növbəti çağırış etdi

2023-02-03

gun az article

Sünni din xadimi güneylilərə dəstək verməyə çağırdı

2023-02-03

gun az article

Terrorçu Qasım Süleymanini təbliğ edən meyxanaçılar da nəzarətə götürülməlidir

2023-02-02

gun az article

Güneyli jurnalistlər mükafatlarını xoylulara verdilər

2023-02-02

gun az article

Zənganlı fəal müvəqqəti azad edilib

2023-02-02

gun az article

"Həsən Şəriətmədari azərbaycanlı olsa da manqurtlaşmış ünsürdür"-Əhməd Obalı

2023-02-02

gun az article

"Traxtur" klubunun üzvləri Xoya gedəcək

2023-02-02

gun az article

“Görüş”: “Azərbaycanın İranın casus və terror şəbəkəsinə qarşı əməliyyatı” və “Xoy zəlzələsində zərər çəkmiş güneylilərə İran rejimi yardım etmir”-VİDEO

2023-02-02

gun az article

Şərqi Azərbaycan valisi dəyişdirilə bilər

2023-02-02

gun az article

Güneyli rejissor Cəfər Pənahi aclıq aksiyası keçirir

2023-02-02

gun az article

“Traxtur”un oyununda Xoy zəlzələsində ölənlər anılıb

2023-02-01

gun az article

Güneyli siyasi məhbuslardan zəlzələdən zərər çəkənlərə dəstək

2023-02-01

gun az article

Xoylulara dəstək çağırışından sonra futbolçunun bank hesabı bağlandı

2023-02-01

gun az article

"Traktor"dan zəlzələdən zərər görənlərə dəstək

2023-02-01

gun az article

 “Özümüz” proqramında müzakirə: “Zəlzələnin dərdini çəkək, yoxsa dövlətin şərrini” - VİDEO

2023-02-01