SON XƏBƏRLƏR

Salehi: “Ötən 2 ay ərzində yeni İR-9 sentrifuqalar istehsal etdik”

2021.10.20, 07:36
Salehi: “Ötən 2 ay ərzində yeni İR-9 sentrifuqalar istehsal etdik”

Gunaz.tv

GünAz TV: İranın Atom Enerjisi üzrə Təşkilatının rəhbəri Əli Əkbər Salehi ölkəsinin son 2 ay ərzində yeni İR-9 sentrifuqalar istehsal etdiyini bəyan edib.

 

O, ötən gün bildirib ki, Nətənz Atom Elektrik Stansiyasının tədqiqat və inkişaf bölməsi hesab edilən “S-8” saylı salonda artıq 15 növ yeni nəsil sentrifuqalar mövcuddur.

 

Salehi bütün bu sentrifuqalar son iki ay ərzində istehsal edildiyini bildirsə də, onların istismara verilib-verilmədiyi, eləcə də texniki xüsusiyyətləri barədə detalları açıqlamayıb.

 

“Həmşəhri” qəzetinin məlumatına görə, 5.5 metr hündürlüyü olan sözügedən sentrifuqalar mövcud sentrifuqalar təqribən 50 dəfə çox uran zənginləşdirməyə qadirdirlər.

 

Ə.A

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar