SON XƏBƏRLƏR

“Salmas əhalisi xüsusi iqtisadi məntəqənin fəaliyyətə keçməsini tələb edir” – İcra Hakimiyyətinin başçısı

2021.10.20, 07:36
“Salmas əhalisi xüsusi iqtisadi məntəqənin fəaliyyətə keçməsini tələb edir” – İcra Hakimiyyətinin başçısı

Gunaz.tv

GünAz TV: Salmas Şəhər İcra Hakimiyyətinin başçısı ağır iqtisadi vəziyyətlə bağlı bölgə əhalisinin əsas tələblərini açıqlayıb.

 

Murtaza Əsğəri bu barədə Salmas kəndlərindən birində içməli su təchizatı sistemi layihəsinin təməlqoyma mərasimində danışıb.

 

O bildirib ki, bölgə əhalisi Küzərəş sərhəd-keçid məntəqəsi və xüsusi iqtisadi məntəqənin fəaliyyətə başlamasını tələb edir. Bu, bölgə iqtisadiyyatı üçün vacib məsələdir. Məsullardan bu barədə lazımi tədbir almalarını gözləyirik.


İcra Hakimiyyəti başçı əlavə edib ki, Küzərəş sərhəd-keçid məntəqəsinin fəaliyyəti ilə bağlı İrandan yüksək rütbəli rəsmi şəxslərin Türkiyəyə səfəri olub. Bu barədə müzakirələr aparılıb, əhali nəticəni gözləyir.

 

“Hazırda tikilməkdə olan xəstəxananın istifadəyə verilməsi də Salmas əhalisinin əsas tələblərindən biridir. Bu projeyə prezidentin son səfəri zamanı 20 milyard tümən vəsait nəzərdə tutulub. Ümid edirik ki, qısa müddətdə nəticəsini görəcəyik”- deyə İcra Hakimiyyəti başçısı bildirib.

 

Qeyd edək ki, Salmas şəhəri Qərbi Azərbaycan Əyalətində yerləşir. Bu əyalət Azərbaycan Respublikası, Türkiyə və İraqla həmsərhəddir. Lakin bölgə əhalisi əyalətin əlverişli coğrafi mövqeyindən yetəri qədər istifadə edə bilmir. Əksər sərhəd-keçid məntəqələri doğru-düzgün fəaliyyət göstərmir, Makı kimi Azad Ticarət Məntəqəsi elan olunan məntəqələrdə də müxtəlif bəhanələrlə azad ticarətə maneçilik yaradılır. Qərbi Azərbaycan Əhalisi hər zaman bu vəziyyətə öz etirazını bildirib.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar