SON XƏBƏRLƏR

Salmasda məktəb binalarının əksəriyyətində yenidənqurma işləri aparılmalıdır

2021.10.20, 07:36
Salmasda məktəb binalarının əksəriyyətində yenidənqurma işləri aparılmalıdır

Gunaz.tv

GünAz TV: Qərbi Azərbaycan Əyalətinin Salmas şəhərində məktəb binlarının əksəriyyətində yenidənqurma işlərinə ehtiyac var.

 

Bu barədə Salmas Şəhər İcra Hakimiyyətinin başçısı Murtaza Əsğəri Təshil İdarəsi Şurasının keçirdiyi iclasda çıxış edib.

“Salmasda təhsil ocaqlarının ümumi sahəsi 129 min kvadrat metrdən ibarətdir. Ondan 95 min kvadrat metrdə yerləşən məktəb binaları köhnə və yararsız vəziyyətdədir. Bu məktəblərdə yenidənqurma işləri aparılmalıdır.”- deyə o bildirib.

 

Şəhər İcra Hakimiyyətinin başçısı koronavirus böhranı günlərində müəllimlərin internet vasitəsi ilə şagirdlərə dərs keçdiyini və onların suallarını cavablandırdıqlarını da diqqətə çatdırıb.

 

Qeyd edək ki, Güney Azərbaycanın bütün əyalətlərində təhsil ocaqları binalarının köhnə və bərbad vəziyyətdə olduğu barədə dəfələrlə məlumat yayılıb və yerli məsullar tərəfindən xəbərdarlıq edilib, buna baxmayaraq dövlət bu istiqamətdə hər hansı tədbir görməyib. Yeni tikilən məktəblərin böyük əksəriyyəti isə yerli xeyriyyəçi soydaşlarımızın şəxsi vəsaiti hesabına inşa edilib.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar