SON XƏBƏRLƏR

Salmasda naməlum kişi meyiti tapılıb

2021.10.20, 07:36
Salmasda naməlum kişi meyiti tapılıb

Gunaz.tv

GünAz TV: Güney Azərbaycanın Salmas şəhərində naməlum kişi meyiti tapılıb.

 

Hadisə cümə günü, oktyabrın 12-i axşaam saatlarında baş verib.

 

Bu barədə Salmas Şəhər Polis İdarəsinin rəisi Rəməzan Fətullahi oktyabrın 13-də “Fars” xəbər agentliyinə danışıb.

 

“Cümə günü Salmasın Mustafa Xomeyni xiyabanında yerləşən Xatəmuül-Ənbiya xəstəxanasının qarşısında naməlum kişi meyiti tapılıb. Cəsədin xarici bir vətəndaşa aid olduğu ehtimal olunur”- deyə o bildirib.

 

Təhlükəsizlik və məhkəmə orqanları faktla bağlı araşdırmaya başlayıb.

 

Polis rəisinin sözlərinə görə, cəsəd tibbi ekspertizadan keçdikdən sonra onun kimə aid olduğu barədə ictimaiyyətə məlumat veriləcək.

 

Son vaxtlar Güney Azərbaycan və İranda cinayət faktlarına tez-tez rast gəlinir. Ekspertlər fikrinə görə, cəmiyyətdə yaranan ümidsizlik, ailədaxili münaqişələr, narkomaniya (mötadlıq), işsizlik, yoxsulluq və s. kimi problemlər baş verən cinayət faktlarının əsas səbəbləridir.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar