SON XƏBƏRLƏR

Salmasda “Türk dilinin tərkibləri” kitabının təqdimat mərasimi keçirilib

2021.10.20, 07:36
Salmasda “Türk dilinin tərkibləri” kitabının təqdimat mərasimi keçirilib

Gunaz.tv

GünAz TV: Güney Azərbaycanın Salmas şəhərində tanınmış araşdırmaçı və yazıçı Əli Əsğər Qəfuriniyanın yeni əsərinin təqdimat mərasimi keçirilib.

 

“Türk dilinin tərkibləri” kitabının təqdimat mərasimi Azərbaycan Milli Hökumətinin yaradılmasının 73-cü ildönümü ərəfəsində dekabrın 12-ə keçirilib.

 

Kitab 136 səhifədən ibarətdir. Əsərdə sinonim, antonim, bənzər sözlər, vurğulu ifadələr və kinayəli sözlərdən ibarət 3 mindən çox tərkibli sözlər yer alıb.

 

Kitabda Salmasda danışılan türk dili ləhcəsindən də bəhs edilib.

 

76 yaşlı Əli Əsğər Qəfuriniya Salmas şəhərinin tanınmış yazıçılarından biridir. O tarix, dil və ədəbiyyat, mədəniyyət, folklor və Salmas şəhəri haqda 15 cild kitabın müəllifidir.

 

Salmas şəhəri Qərbi Azərbaycan Əyalətində, Urmiyə şəhərinin 80 kilometrliyində yerləşir. Şəhərin təxminən 200 min nəfər əhalisi var.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar