SON XƏBƏRLƏR

Salmasın kürd yönümlü millət vəkilindən Məhəmməd Mehdi Şəhriyariyə dəstək

2021.10.20, 07:36
Salmasın kürd yönümlü millət vəkilindən Məhəmməd Mehdi Şəhriyariyə dəstək

Gunaz.tv

GünAz TV: Güney Azərbaycanın Salmas şəhərinin İran parlamentindəki millət vəkili Şəhruz Bərzgər Qərbi Azərbaycan valisinin fəaliyyətini təqdir edərək səlahiyyətlərinin artırılmasını tələb edib.

 

O bu barədə dekabrın 4-də parlamentdə çıxışı zamanı danışıb.

 

Millət vəkili Qərbi Azərbaycanın yerli olmayan kürd kökənli valisinin məntəqəni yaxşı tanıdığını da iddia edib.

 

“Qərbi Azərbaycan Əyaləti dünyanın iki önəmli qitəsi, yəni Asiya və Avropanı birləşdirir. Ona görə də əyaləti və onun problemlərini yaxşı bilən yerli məsulların səlahiyyətlərini artırmaqla bölgəyə böyük xidmət etmək mümkündür. Biz bu şəkildə gənclərin əsas məsələsi olan iş yerlərinin yaradılmasında ciddia addımlar atıb əhaliyə yardım edə bilərik”- deyə o sözlərinin bir hissəsində qeyd edib.

 

Ş.Bərzgər o halda belə bir iddia ilə çıxş edir ki, Qərbi Azərbaycan valisi Məhəmməd Məhdi Şəhriyari radikal kürdlərdən biridir və Şimali Xorasanın Bocnurd şəhərindəndir. Onun bölgəni tanımadığını özü dəfələrlə etiraf edib. Məhəmməd Məhdi Şəhriyari çıxışlarının birində heç vaxt Urmu gölünü suyla dolu olduğu zaman görmədiyini, onu yalnız şəkillərdən gördüyünü bildirib. Qərbi Azərbaycan valisi bölgənin kürdləşdirilməsi kimi gizli planlara diqqət yetirdiyi üçün, o vali postuna təyin edildikdən sonra əyalətdə bütün işlər daha da pisləşib.

 

Hər zaman kürd cərəyanlarına dəstək nümayiş etdirən Ş.Bərzgər, Məhəmməd Mehdi Şəhriyarinin vali postuna təyin edilməsində də böyük rol oynayıb. O həmçinin Salmas Şəhər İcra Hakimiyyətinin keçmiş başçısı Məsud Hacı Əlilinin tutduğu vəzifədən uzaqlaşdırılmasında xüsusi rol oynayıb.

Məsud Hacı Əlili Güney Azərbaycanda ilk dəfə olaraq Firdosinin heykəlinin şəhərin meydanından götürülməsi haqda qərar qəbul edib. O Şəhər İcra Hakimiyyəti başçısı kimi, Azərbaycanşünaslıq Dərnəyinə lisenziya vermək, türk dilində bəzi tədbirlər keçirmək və s. kimi işlərə müəyyən yardımlar etmişdir.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar