SON XƏBƏRLƏR

“Samsung” da İranda məhsul satışını dayandırır- Amerika sanksiyalarına görə

2021.10.20, 07:36
“Samsung” da İranda məhsul satışını dayandırır- Amerika sanksiyalarına görə

Gunaz.tv

GünAz TV: “Samsung” şirkəti fevralın 25-dən etibarən İrana məhsul satışını dayandıracaq.

 

Şirkət bununla bağlı yaydığı bəyanatda qərarın Amerikanın İrana qarşı qəbul etdiyi sanksiyalar səbəbindən qəbul edildiyini bildirib. Bununla belə, həmin tarixdən sonra da İran vətəndaşları “Samsung”un pulsuz xidmətlərindən yararlana biləcəklər.

 

“Samsung Galaxy Shop”un məsələ ilə bağlı öz müştərilərinə fars dilində göndərdiyi xəbərdarlıqda bildirilir ki, 25 fevraldan sonra şirkət İranda yaşayan müştərilərinə daha pullu proqram alınması kimi xidmətləri göstərə bilməyəcək.

 

İranlı informasiya texnologiyaları mütəxəssisləri məsələ ilə əlaqədər bildiriblər ki, bu addım başlanğıcdır, yaxın gələcəkdə pulsuz tətbiqlərin də sanksiyalara qoşulması mümkündür. Onların fikrinə görə, ilkin dövrdə “App Store” da pullu tətbiqlərlə bağlı analoji addım atmışdı, daha sonra pulsuz proqramlar da sanksiyalara qoşulmuşdu.

 

Xatırladaq ki, 2019-cu ilin ilk aylarında “Apple” şirkəti də İranda məhsullarının satışını dayandırmışdı. “Apple” həmçinin İran tərəfindən hazırlanmış proqram təminatlarının satışını da öz platforması üzərindən dayandırmışdı. Amerikanın rəsmi Tehrana qarşı tətbiq etdiyi sanksiyalar çərçivəsində atılan bu addımlara daha sonra “Google” şirkəti də qoşulmuşdu.

 

Ə.A

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar