SON XƏBƏRLƏR

Sanksiyaları pozduğuna görə, Amerikada iranlı qadın 28 ay həbs cəzasına məhkum edilib

2021.10.20, 07:36
Sanksiyaları pozduğuna görə, Amerikada iranlı qadın 28 ay həbs cəzasına məhkum edilib

Gunaz.tv

GünAz TV: Minnesota ştatı məhkəməsi Amerikanın İrana qarşı qəbul etdiyi sanksiyaları pozduğuna görə, Nigar Qüdskəni adlı qadına qarşı 28 ay həbs hökmü çıxarıb.

 

Xanım Qüdskəni 2017-ci ildə Amerikanın nəzarətdə olan texnoloji məhsullarının İrana satışını və ixracını təşkil etdiyi üçün həbs edilmişdi.

 

Amerikaya ekstradisiya edildikdən sonra ötən ay onun məhkəməsi keçirilmişdi. Dünən keçirilmiş növbəti məhkəmə iclası zamanı Nigar Qüdskəniyə qarşı elan edilmiş ittihamlar üzrə 28 ay həbs cəzası çıxarılıb.

 

Amerikanın Ədliyyə Nazirliyinin yaydığı məlumata əsasən, Nigar Qüdskəni həmkarları ilə birlikdə Malaziyada qeydiyyata alınmış “Mouce Səbz” adlı şirkət vasitəsilə Minnesota və Massaçusets ştatlarından televiziya yayını, eləcə də simsiz kommunikasiya üçün təchizatlar alıb, İran Dövlət Teleradio Şirkətinə satıblar.

 

Onun həmkarı Əlirza Cəlali də 2016-cı ildə Nyu-Yorka daxil olan zaman həbs edilmişdi.

 

Ə.A

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar