SON XƏBƏRLƏR

Sankt-Peterburq qatillər şəhərinə dönür

2021.10.20, 07:36
Sankt-Peterburq qatillər şəhərinə dönür

Gunaz.tv
Sankt-Peterburq qatillər şəhərinə dönür Rusiyanın Sankt-Peterburq şəhərində iyulun 19-da qətlə yetirilmiş Azərbaycan vətəndaşının meyidi tapılıb. 24 yaşlı Qabil Şahmalıyev şəhərdə qeydiyyatsız yaşayırdı. Sankt-Peterburq Şəhər Daxili İşlər İdarəsindən verilən məlumata görə, soydaşımızı güllə ilə vurandan sonra onun başını kəsmək istəyiblər. "Sankt-Peterburqun Staroderevenskaya küçəsində gecə saat 1 radələrində aşkarlanmış meyidin boğazında odlu silahdan açılmış atəş nəticəsində yaranan yara ilə yanaşı, iti kəsici alətlə vurulmuş yara vardı. Bu ağır qətl hadisəsidir və qatillərin, yaxud da qatilin tapılması üçün bütün qüvvələrimizi səfərbər etmişik", - idarənin mətbuat xidmətindən verilən məlumatda bildirilir. Sankt-Peterburq şəhəri uzun müddətdir ki, xarici ölkə vətəndaşlarına radikal millətçi və faşist dünyagörüşlü şqəxslərin hücumları üzrə Rusiyada birincti yeri tutur. "Sova" insan hüquqlarının müdafiəsi mərkəzinin ekspertləri isə bildirirlər ki, "dazbaş" və ksenofobların hücumları çox vaxtlar xüsusilə aqressivləşib. "Onlar əvvəllər "qara"ları və ya "gəlmələr"i vəhşicəsinə döymək, qarət etməklə kifayətlənirdilər. Lakin hüquq-mühafizə orqanlarının nasist və "dazbaş" təşkilatlarına, habelə radikal millətçi və şovinist qruplaşmalara qarşı apardığı əməliyyatların intensivliyi artandan sonra bu şəxslər artıq "şahid" qoymaq istəmir, hücum etdikləri adamları qətlə yetirirlər. Əgər milli dözülməzlik zəminində törədilən ağır cinayətlərin qarşısının alınması istiqamətində effektiv addımlar atılmasa, belə qətllərin sayı şübhəsiz ki, daha da arta bilər", - "Sova"nın analitiki Viktor Yerofeyev "Ekspress"ə bildirdi. Onun sözlərinə görə, ilin əvvəlindən bəri Rusiyada 76 miqrant qətlə yetirilib ki, onların 12 nəfəri azərbaycanlıdır. Həmin qətllərdən yalnız 3-nün üstü açılıb və qatillər tutulub. Digər cinayətləri törədənlər isə hələ də azadlıqda gəzir. Həsən AĞACAN express

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar