SON XƏBƏRLƏR

Şanxay Əməkdaşlıq Təşkilatının sammiti öz işinə başlayır

2021.10.20, 07:36
Şanxay Əməkdaşlıq Təşkilatının sammiti öz işinə başlayır

Gunaz.tv
Bu gün(15.06.2009) rusiyanın Yekaterinburq şəhərində Şanxay Əməkdaşlıq Təşkilatının sammiti öz işinə başlayır. Sammitin ilk iş günündə Rusiya, Qazaxıstan, Çin, Qırğızıstan, Tacikistan və Özbəkistan prezidentləri təşkilatın fəaliyyəti və eləcə də təhlükəsizlik , regional və beynəlxalq siyasətin inkişafı, enerji, ticarət və nəqliyyat məsələlərini müzakirə edəcəklər. Sabah isə sammit iştirakçılarına Əfqanıstan, İran, Pakistan prezidentləri, Hindistanın baş naziri, Monqolustan prezidentinin xüsusi nümayəndəsi və beynəlxalq təşkilatların nümayəndələri qoşulacaq. İclasın yekunu olaraq Şanxay Əməkdaşlıq Təşkilatı liderləri bəyənnamə və bir sıra digər sənədlər imzalayacaq.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar