SON XƏBƏRLƏR

Sapı AKP-dən olan balta.Türkiyənin hakim partiyasında daxili müxalifət tapılıb

2021.10.20, 07:36
Sapı AKP-dən olan balta.Türkiyənin hakim partiyasında daxili müxalifət tapılıb

Gunaz.tv
Sapı AKP-dən olan balta Türkiyənin hakim partiyasında daxili müxalifət tapılıb Ədalət və İnkişaf Partiyasının İdarə Heyətinin ötən gün gecə keçirilən toplantısında bu qurumun üzvü, baş nazirin keçmiş müavini Əbdüllətif Şənərin bəyanatları müzakirə olunub. AKP parlament qrupunun həmsədrləri Mustafa Elitaş, Nihat Ərgün və millət vəkili Fatma Şahin Ə.Şənərin istefasını tələb ediblər. Keçmiş parlament sədri Bülənt Arınc isə yurnalistlərin bu mövzuda sualına belə cavab verib: "Şənərmi? Xeyirli olsun". İdarə Heyətinin bəzi üzvləri Ə.Şənərin adının "Ergenekon"çularla birlikdə hallandığına diqqət çəkiblər. Toplantıya sədrlik edən AKP sədri və baş nazir Rəcəb Tayyib Ərdoğan məsələyə münasibət bildirməyib və sadəcə qeydlər aparıb. Ə.Şənərin İdarə Heyətinin cümə günü keçiriləcək toplantısına dəvət edilməsi və izahat alınması qərarlaşdırılıb. AKP-nin qurucularından olan Şənər mövcud hökumətin siyasətini tənqid edərək yeni siyasi partiya quruculuğuna başladığını açıqlayıb. "Ergenekon" əməliyyatı çərçivəsində həbs edilən Türkiyə ordusunun generalı Xurşit Tolonun şəxsi arxivindən bir sıra maraqlı sənədlər tapılıb. Bu sənədlər arasında Silahlı Qüvvələrin Baş Qərargah rəisi Yaşar Büyükanıtın dosyesi də olub. Dosyedə Büyükanıtın şəxsi və ailə sirləri əksini tapıb. X.Tolon İstanbul 13-cü Ağır Cəza Məhkəməsində sorğulanma zamanı dosyenin mövcudluğunu qəbul edib: "50 illik ordu həyatımda hərbi andıma sadiq qalaraq, qanundan kənar heç bir hərəkətə yol verməmişəm, heç bir qanunsuz təşkilatla əlaqələrim olmayıb. Oğlum Əlinin evindən tapılan CD-lərin birindəki bilgilərin "Ergenekon"la əlaqədar olduğunu əmniyyətdə öyrəndim. General Yaşar Büyükanıtla bağlı dosye 1-ci ordunun komandanı olarkən mənə tanımadığım şəxslər tərəfindən göndərilmişdi. Bunu saxlamaqda heç bir xüsusi məqsədim olmayıb. Təqaüdə çıxdıqda isə həmin sənədləri evimə gətirdim". Terror təşkilatı qurmaqda ittiham olunaraq barələrində həbs-qətimkan tədbiri seçilən ordu generalları Şənər Əruyğur və Xurşid Tolon, həmçinin Ankara Ticarət Palatasının sədri Sinan Aygün Kocaeli bölgəsinin Kandıra qəsəbəsində yerləşən 1 saylı "F" tipli həbsxanaya göndəriliblər. "Anadolu" agentliyinin yaydığı məlumata görə, hər üç şəxs iyulun 8-nə keçən gecə İstanbuldakı Metris istintaq təcridxanasından Kocaelinə aparılıblar. Eyni cinayət işi üzrə ittiham olunan general Vəli Küçük də Kandıra "F" tipli cəzaçəkmə müəssisəsində saxlanılır. Türkiyədə "F" tipli həbsxanalar yeni yaradılıb və çox ciddi mühafizə sistemi, sərt intizam qaydaları ilə fərqlənir. Təkadamlıq və 3 nəfərlik kameralardan ibarət olan bu cür həbsxanalarda əsasən terrorçular və digər ağır cinayət törədən şəxslər saxlanılır. kaspi

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar