SON XƏBƏRLƏR

Saqqız həbsxanasından qaçan gənc məhkum Şayan Səidpur edam edilib

2021.10.20, 07:36
 Saqqız həbsxanasından qaçan gənc məhkum Şayan Səidpur edam edilib

Gunaz.tv

GünazTV: Üç həftə əvvəl 80 məhbusla birlikdə İranın Kürdüstan əyalətinin Saqqız şəhərinin həbsxanasından qaçan və az sonra yenidən həbs edilən 23 yaşlı məhkum Şayan Səidpur edam edilib.

 

İrandakı hüquq müdafiəçilərinin yaydığı xəbərə əsasən, 5 il əvvəl naməlum səbəbə görə qətl törətdiyinə görə həbs edilən və sonradan yerli məhkəmənin hökmü ilə edama məhkum edilən Şayan Səidpur, bu gün sübh saatlarında Saqqız şəhərinin zindnında dara çəkilib. Bildirilir ki, məhkum qətl törədərkən yaşı 18-ə çatmamış yeniyetmə olub.

 

 Xatırladaq ki, üç həftə əvvəl İranın Kürdüstan əyalətinin Saqqız şəhərinin həbsxanasından 80-dan çox məhkum qaçıb. Məhbuslar koronavirus səbəbindən məzuniyyətə buraxılmamaları və həbsxananın anti-sanitar şəraitinə etiraz əlaməti olaraq əvvəlcə qiyam etsələr də, sonra yaranan qarışıqlıq nəticəsində onlardan 80 nəfərdən çoxu qaçmağa müvəffəq olub.

 

Həmin məhbusların əksəriyyəti az sonra yenidən tutularaq həbsxanaya qaytarılıb. İraqın Kürdüstan muxtariyyəti ərazisinə qaçan və siyasi məhkumlardan biri olan Mustafa Səlimi isə ölkəyə təhvil verildikdən sonra aprelin 12-də həmin həbsxanada edam edilib.

 

Mustafa Səlimi həbsxana məhbuslarının qiyamını təşkil etməkdə və onların zindandan qaçmasına rəhbərlik etməkdə günahlandırılıb.  

 

 

 Qeyd edək ki, İran İslam Respublikası, əhalisinin sayına nisbətən ölkədə həyata keçirdiyi edamların sayına görə dünyada 1-ci yeri tutur.

 

 A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar