SON XƏBƏRLƏR

Sar­ko­zi böh­ra­nı... .Av­ro­pa Bir­li­yi­nin gə­lə­cək pers­pek­tiv­lə­ri­nə cid­di təh­lü­kə vəd edir

2021.10.20, 07:36
Sar­ko­zi böh­ra­nı... .Av­ro­pa Bir­li­yi­nin gə­lə­cək pers­pek­tiv­lə­ri­nə cid­di təh­lü­kə vəd edir

Gunaz.tv
Sar­ko­zi böh­ra­nı... Av­ro­pa Bir­li­yi­nin gə­lə­cək pers­pek­tiv­lə­ri­nə cid­di təh­lü­kə vəd edir 1280608.jpg Av­ro­pa Bir­li­yi-Tür­ki­yə mü­na­si­bət­lə­ri qey­ri-mü­əy­yən ola­raq qal­maq­da­dır. Be­lə ki, hə­min mü­na­si­bət­lər­də ki­fa­yət qə­dər cid­di zid­diy­yət do­ğu­ran mə­qam­la­rın ol­du­ğu açıq-aş­kar nə­zə­rə çar­pır. Hər hal­da, Av­ro­pa Bir­li­yi-Tür­ki­yə mü­na­si­bət­lə­ri­nin sə­mi­mi əla­qə­lər üzə­rin­də qu­rul­du­ğu­nu dü­şün­mək sa­də­lövh­lük olar­dı. Xü­su­si­lə də, Av­ro­pa Bir­li­yi­nin Tür­ki­yə­yə yö­nə­lik möv­qe­yin­də əda­lət­li ya­naş­ma tər­zi­ni tap­maq ol­duq­ca çə­tin­dir. Və bu re­al­lıq hər iki tə­rə­fin qar­şı­lıq­lı mü­na­si­bət­lər sis­te­min­də qa­ba­rıq şə­kil­də se­zil­mək­də­dir. Bu ba­xım­dan, ya­xın gə­lə­cək­də Av­ro­pa Bir­li­yi ilə Tür­ki­yə ara­sın­da ümid­ve­ri­ci an­laş­ma­la­rın əl­də olu­na­ca­ğı o qə­dər də inan­dı­rı­cı gö­rün­mür. Onu da qeyd edək ki, bü­tün bun­la­ra gö­rə gü­nah­ka­rı uzaq­da ax­tar­ma­ğa da elə bir cid­di eh­ti­yac du­yul­mur. Ən azın­dan ona gö­rə ki, Av­ro­pa Bir­li­yi-Tür­ki­yə mü­na­si­bət­lə­ri­nə hər han­sı kə­nar mü­da­xi­lə­nin ola bi­lə­cə­yi­ni tə­səv­vür et­mək be­lə, ol­duq­ca çə­tin­dir. Yə­ni, möv­cud si­tua­si­ya­nın qar­şı­du­ran tə­rəf­lər­dən bi­ri­nin gü­na­hı uc­ba­tın­dan for­ma­laş­dı­ğı­nı sü­bu­ta ye­ti­rən ki­fa­yət qə­dər əla­mət möv­cud­dur. Mə­sə­lə on­da­dır ki, Av­ro­pa Bir­li­yi in­di­yə qə­dər Tür­ki­yə­yə ver­di­yi çox­say­lı vəd­lə­rin, de­mək olar, heç bi­ri­si­nə ria­yət et­mə­yib. Mü­şa­hi­də­lə­rə əsa­sən, bu qu­ru­mun öz vəd­lə­ri­nə bun­dan son­ra da sa­diq qal­maq ba­rə­də dü­şün­mə­yə hə­vəs gös­tər­mə­di­yi­ni id­dia et­mək müm­kün­dür. Hər hal­da, Av­ro­pa Bir­li­yi hə­lə­lik yal­nız rəs­mi An­ka­ra­nı müm­kün qə­dər sı­xış­dır­maq üçün uy­ğun va­si­tə­lə­rin və sər­fə­li va­ri­ant­la­rın ax­ta­rı­şıy­la məş­ğul ol­du­ğu­nu sez­dir­mək­də­dir. Bu isə, qar­şı­du­ran tə­rəf­lər ara­sın­da­kı möv­cud zid­diy­yət­lə­rin ya­xın gə­lə­cək­də də də­rin­ləş­mək­də da­vam edə bi­lə­cə­yi an­la­mı­na gə­lir. Ma­raq­lı­dır ki, bu re­al­lıq bə­zi si­ya­si dai­rə­lər­də mü­əy­yən qə­dər na­ra­hat­lıq do­ğur­ma­ğa baş­la­yıb. Hət­ta bu na­ra­hat­lı­ğı bö­lü­şən­lə­rin sı­ra­sın­da Av­ro­pa Bir­li­yi­nə ya­xın si­ya­si dai­rə­lə­rin rəs­mi təm­sil­çi­lə­ri də yer al­maq­da­dır. Ola bil­sin ki, hə­min rəs­mi şəxs­lər Tür­ki­yə­yə qar­şı bu qə­dər qey­ri-sə­mi­mi mü­na­si­bə­tin son nə­ti­cə­də Av­ro­pa Bir­li­yi­nin özü­nə zi­yan vu­ra bi­lə­cə­yi­ni an­la­ma­ğa və bun­dan eh­ti­yat et­mə­yə baş­la­yıb­lar. Mə­sə­lə on­da­dır ki, Av­ro­pa Ko­mis­si­ya­sı­nın rəh­bə­ri Xo­se Ma­nu­el Bar­ro­so bu ba­rə­də ar­tıq açıq mətn­lə da­nış­ma­ğa üs­tün­lük ve­rir. Onun fik­rin­cə, Av­ro­pa Bir­li­yi Tür­ki­yə­yə ver­di­yi si­ya­si və di­gər məz­mun­lu vəd­lə­rə müt­ləq əməl et­mə­li­dir. Əks hal­da, vəd­lə­rin ye­ri­nə ye­ti­ril­mə­sin­dən ya­yın­ma vər­diş­lə­ri ilk növ­bə­də Av­ro­pa Bir­li­yi­nin eti­ba­rı­nı sar­sı­da bi­lər. Bu isə, adı­çə­ki­lən qu­rum üçün o qə­dər də xo­şa­gə­lən pers­pek­tiv sa­yı­la bil­məz. Di­gər tə­rəf­dən, Av­ro­pa Ko­mis­si­ya­sı­nın rəh­bə­ri Xo­se Ma­nu­el Bar­ro­so ya­ran­mış si­tua­si­ya­nın əsl gü­nah­ka­rı­nın adı­nı çək­mək­dən də qə­tiy­yən çə­kin­mə­yib. Be­lə ki, o, möv­cud si­tua­si­ya­nın for­ma­laş­ma­sı­na gö­rə Fran­sa­nın pre­zi­den­ti Ni­ko­la Sar­ko­zi­ni qı­na­ya­raq sərt şə­kil­də tən­qid edib. Onun fik­rin­cə, pre­zi­dent N.Sar­ko­zi Av­ro­pa Bir­li­yi ilə Tür­ki­yə­nin mü­na­si­bət­lə­ri­nin po­zul­ma­sı is­ti­qa­mə­tin­də məq­səd­yön­lü şə­kil­də fəa­liy­yət gös­tər­mək­də­dir. Bu isə, o de­mək­dir ki, Av­ro­pa Bir­li­yi-Tür­ki­yə mü­na­si­bət­lə­rin­də­ki möv­cud çat­la­rın ya­ran­ma­sın­da xü­su­si rol oy­na­yan sə­bəb­kar­lar, əs­lin­də ha­mı­ya, elə­cə də, adı­çə­ki­lən qu­ru­mun yük­sək rüt­bə­li rəs­mi­lə­ri­nə də bir­mə­na­lı şə­kil­də mə­lum­dur. Onu da qeyd edək ki, Xo­se Ma­nu­el Bar­ro­so­nun qı­naq­la­rı ki­fa­yət qə­dər sə­lis ifa­də olu­nub: "Tür­ki­yə­nin heç vaxt Av­ro­pa Bir­li­yi­nə üzv ol­ma­ya­ca­ğı­nı bə­yan et­mək pre­zi­dent N.Sar­ko­zi­nin ən tə­bii haq­qı­dır. An­caq Av­ro­pa Bir­li­yi üzv­lük mə­sə­lə­si­nin mü­za­ki­rə­si pro­se­si ər­zin­də eti­bar­lı­lı­ğı­nı mü­ha­fi­zə et­mək məc­bu­riy­yə­tin­də­dir. Əks hal­da, ABŞ, Çin və ya Ru­si­ya ilə hər han­sı sa­ziş im­za­la­nar­kən biz­dən bu sə­nə­din hö­ku­mət də­yi­şik­li­yi ola­ca­ğı təq­dir­də, öz hü­qu­qi qüv­və­si­ni iti­rib-itir­mə­yə­cə­yi so­ru­şu­lar­sa, nə edə­cə­yik. Mən hər kə­sə ve­ri­lən və­də əməl et­mə­si­ni və mü­za­ki­rə pro­se­si­nə sa­diq qal­ma­sı­nı töv­siy­yə edi­rəm". Xo­se Ma­nu­el Bar­ro­so he­sab edir ki, Fran­sa pre­zi­den­ti N.Sar­ko­zi­nin rəs­mi An­ka­ra ilə Tür­ki­yə­nin Av­ro­pa Bir­li­yi­nə üzv­lük mə­sə­lə­si­nin mü­za­ki­rə olun­ma­sı pro­se­si­nin da­yan­dı­rıl­ma­sı­nın va­cib­li­yi ba­rə­də ça­ğı­rış­la­rı bu qu­ru­mun bey­nəl­xalq ra­zı­laş­ma­lar­da­kı eti­bar­lı­lıq imi­ci­ni cid­di şə­kil­də zə­də­lə­yir. Gö­rün­dü­yü ki­mi, cə­nab Bar­ro­so­nun gəl­di­yi rəy ki­fa­yət qə­dər də­qiq­dir. Düz­dür, onun açıq­la­ma­sın­da Av­ro­pa Bir­li­yi­nin Tür­ki­yə­yə qar­şı qey­ri-sə­mi­mi mü­na­si­bət bəs­lə­mə­si o qə­dər də cid­di şə­kil­də qa­bar­dıl­mır. Be­lə an­la­şı­lır ki, bu mə­sə­lə Xo­se Ma­nu­el Bar­ro­so­nu əsa­sən, Av­ro­pa Bir­li­yi­nin eti­bar­lı­ğı­nın zə­də­lən­mə­si təh­lü­kə­si­nin cid­di­ləş­mə­si ba­xı­mın­dan, na­ra­hat edir. Və bu təh­lü­kə ol­ma­say­dı, yə­qin ki, cə­nab Bar­ro­so da baş ve­rən­lə­rə lo­yal ya­naş­ma­ğa da­ha çox üs­tün­lük ve­rə bi­lər­di. An­caq bü­tün bun­la­ra bax­ma­ya­raq, Av­ro­pa Ko­mis­si­ya­sı ki­mi nü­fuz­lu bir qu­ru­ma rəh­bər­lik edən bir şəx­sin be­lə bir məz­mun­da açıq­la­ma ver­mə­si­nin özü­nü də müs­bət hal qis­min­də də­yər­lən­dir­mək müm­kün­dür. Ən azın­dan ona gö­rə ki, Tür­ki­yə­yə qar­şı düş­mən­çi­lik möv­qe­yin­də bü­tün si­ya­si-dip­lo­ma­tik və etik nor­ma­la­rı aşan Fran­sa pre­zi­den­ti N.Sar­ko­zi­yə eti­ra­zın bil­di­ril­mə­si bu qal­ma­qal­lı şəx­sin açıq­la­ma­la­rı­na fərq­li ya­naş­ma tər­zi­ni or­ta­ya çı­xa­ra bi­lər. Və bu­na bö­yük eh­ti­ya­cın ol­du­ğu da açıq-aş­kar nə­zə­rə çar­pır. Mə­sə­lə on­da­dır ki, Fran­sa pre­zi­den­ti N.Sar­ko­zi ha­ki­miy­yə­tə sa­hib­lən­di­yi ilk gün­dən işi-gü­cü de­mək olar, Tür­ki­yə­yə qar­şı it­ti­ham­la­rın irə­li sü­rül­mə­siy­lə məh­dud­la­şır. Düz­dür, N.Sar­ko­zi bü­tün bun­la­rın içə­ri­sin­dən bə­zən özü­nün pley­boy­luq vər­diş­lə­ri­nin nü­ma­yiş et­di­ril­mə­si­nə də vaxt ta­pır. Hər hal­da, N.Sar­ko­zi bə­şə­riy­yə­tə fay­da ve­rə bi­lə­cək si­ya­si fəa­liy­yət­lə de­yil, məhz eyş-iş­rət­lə mü­şa­yi­ət olu­nan özəl hə­ya­tın­da­kı pre­zi­den­tə ya­raş­ma­yan məi­şət qal­ma­qal­la­rıy­la diq­qə­ti çə­kən çox az­say­lı döv­lət baş­çı­la­rın­dan sa­yı­lır. Bu isə, pre­zi­dent N.Sar­ko­zi­nin Fran­sa ki­mi nü­fuz­lu bir döv­lə­tə baş­çı­lıq et­mək­dən­sə, ta­ma­mi­lə fərq­li "sa­hə­lər"də fəa­liy­yət gös­tər­mə­li olan bir per­so­na ol­du­ğu­nu təs­diq­lə­yir. An­caq nə et­mək olar ki, Fran­sa və­tən­laş­la­rı məhz N.Sar­ko­zi ki­mi qey­ri-cid­di şəx­si öz­lə­ri­nə pre­zi­dent se­çib­lər. Sa­də­cə, bir mə­sə­lə­də var ki, pre­zi­dent N.Sar­ko­zi­nin bu qə­ri­bə dav­ra­nış­la­rı və vər­diş­lə­ri yal­nız Fran­sa­ya de­yil, bu nü­fuz­lu döv­lət­lə ya­na­şı, həm də Av­ro­pa Bir­li­yi ki­mi nə­həng qu­ru­ma da zi­yan vu­rur. Bu ba­xım­dan, Fran­sa pre­zi­den­ti N.Sar­ko­zi­nin dav­ra­nış­la­rı­nın Tür­ki­yə­dən da­ha çox Av­ro­pa Bir­li­yi­nin özü­nə prob­lem ya­rat­ma­sın­dan sö­zü­ge­dən qu­ru­mun ideo­loq­la­rı nə qə­dər tez la­zı­mi nə­ti­cə çı­xart­sa­lar, bir o qə­dər fay­da­lı olar­dı. El­çin XA­LİD­BƏY­Lİ sherg

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar